Xəbər lenti


 

Ukraynanın Rusiya qoşunlarına qarşı çoxdan gözlənilən əks-hücuma başlaması üçün daha çox vaxta ehtiyacı var, çünki hərbçilərimiz vəd edilmiş hərbi yardımın çatdırılmasını gözləyirlər”.

 

Ovqat.com-un məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdəki qərargahında BBC-yə verdiyi açıqlamasında bildirib. 

 

Onun fikrincə, gözlənilən hücum müharibədə həlledici ola və aylarla dəyişilməz qalan cəbhə xəttini dəyişdirə bilər. “Bu, həm də Qərbdən aldığı silah və texnikanın döyüş meydanında əhəmiyyətli uğurlara yol aça biləcəyini sübut etmək istəyən Ukrayna üçün həlledici sınaq olacaq”, - Zelenski deyib.

 

Prezident Zelensky, bəziləri NATO ölkələrində təlim keçmiş döyüş briqadalarının “döyüşə hazır” olduğunu bildirib, lakin ordunun hələ də "partiyalarla gələn" zirehli maşınlar da daxil olmaqla "bəzi şeylərə"ehtiyac duyduğunu da gizlətməyib.

 

"[Əlimizdə olanlarla] irəliləyə bilərik və düşünürəm ki, uğur da qazana bilərik”, -deyən Zelenskinin fikrincə, amma bu uğur xeyli insan itkisi hesabına başa gələ bilər: “Düşünürəm ki, bu qəbuledilməzdir və biz gözləməliyik”.

 

Zelenski müxtəlif çevrələr tərəfindən tez-tez gündəmə gətirilən “ərazi qarşılığında sülh” təklifini də açıq şəkildə rədd edib:

 

"Hər kəsin öz fikri var. Lakin heç kim Ukraynaya əraziləri təhvil verməyə məcbur etmək istiqamətində təzyiq göstərə bilməz. Niyə dünyanın hər hansı bir ölkəsi Putinə öz ərazisini verməlidir?"

 

Jurnalistlərin Ukraynaya lazım olduğu qədər dəstək sözü verən Co Baydenin 2024-cü ildə yenidən seçilməyəcəyi təqdirdə ABŞ-ın dəstəyini itirmək ehtimalı ilə bağlı sualını cavablandıran Ukrayna liderinin sözlərinə görə, ölkəsi hələ də ABŞ Konqresində ikipartiyalı dəstəyə malikdir: "Kim bilir, seçkilər keçirilənə qədər biz harada olacağıq. İnanıram ki, o vaxta kimi qazanacağıq."

 

Zelenski ötən həftə Moskvanın prezident Putini öldürmək cəhdi kimi qiyməyləndirilən Kremlə pilotsuz təyyarə hücumunun arxasında Ukraynanın dayanması ilə bağlı ittihamları növbəti dəfə rədd edib. Onun fikrincə, bu hücum Rusiyanın özü tərəfindən başqasının bayrağı altında həyata keçirilən əməliyyat ola bilər və məqsəd Ukraynaya hücum üçün "bəhanə" əldə etməkdir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 055          Tarix: 11-05-2023, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma