Xəbər lenti


 

Böyük Britaniya "Storm Shadow" uzaqmənzilli raketlərini Ukraynaya ötürməkdən imtina istəyir, çünki raketlərin yeni təyyarələrə uyğunlaşdırılması prosesi qeyri-müəyyən müddətə uzana bilər. 

 

Ovqat.com Rusiyanın Avia.pro saytına istinadən xəbər verir ki, “Defense Express”in eksperti İvan Kiriçevski bu iddianı irəli sürüb.

 

Onun fikrincə, bu raketlər döyüşdə uğurla sınaqdan keçirilsə də, Rusiya ilə qarşıdurma üçün ən yaxşı seçim deyil, çünki onları müasir rus raketləri vura bilir.

 

Kiriçevski təklif edir ki, Böyük Britaniya Ukraynanı "Storm Shadow" əvəzinə Türkiyə raketləri ilə təmin etsin. Onun fikrincə, 300 km-ə qədər məsafə qət edən Türkiyənin “KAAN” ballistik raketi ATACMS ilə müqayisədə daha yaxşı potensiala malikdir və bu səbəbdən Ukrayna Silahlı Qüvvələri üçün daha uyğun variant ola bilər.

 

Kiriçevski onu da əlavə edib ki, Ukraynada artıq türk reaktiv sistemləri var və “KAAN” uzaqmənzilli raketləri ən qısa müddətdə təmin oluna bilər ki, bu da mövcud vəziyyətdə ən əsas tələblərdən biridir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 861          Tarix: 11-05-2023, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma