Xəbər lenti


Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

 

Ovqat.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

 

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

 

Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.






Ana səhifəyə qayıt        Baxış: 5 923          Tarix: 18-05-2023, 09:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma