Xəbər lenti


 

Bayden Administrasiyası yaxın həftələrdə Avropa müttəfiqlərinə Ukraynaya F-16 qırıcılarını ixrac etməsinə icazə verəcək.

 

Ovqat.com-un məlumatına görə, CNN kanalı bu barədə bildirib.

 

Xəbərdə vurğulanır ki, məlumatlı mənbələrin fikrincə, Ağ Ev Konqres üzvləri və ABŞ-ın müttəfiqlərinin artan təzyiqi altında bu qərarı verib. Bununla birlikdə, Ağ evdə hansısa müttəfiqin F-16 ixracı ilə bağlı rəsmi istəklərindən xəbərdar deyillər və üçüncü şəxslərin bu kimi tədarükünün sənədləşdirilməsi üçün Dövlət Departamentinə hər hansı göstəriş verilməyib.

 

Məluamata görə, artıq bir neçə Avropa ölkəsi, o cümlədən Hollandiya ABŞ istehsalı olan F-16 qırıcıları Ukraynaya ixrac etməyə hazır olduqlarını bildiriblər. Lakin F-16 qırıcılarının gizli Jets texnologiyasına sahib olması səbəbindən bu transferin üçüncü tərəfə verilməsi üçün ABŞ hökumətinin razılığı lazımdır. ABŞ Kiyevə F-16 qırıcıların göndərməkdən çəkinsə də, Ağ evdən CNN-ə bildiriblər ki, müttəfiqlər onların tədarükü ilə qərar verərsə, Vaşinqton Ukraynaya təyyarə ixracını təsdiqləməyə hazırdır.

 

Amerikanın bəzi Konqresmenləri Kiyevə F-16-lar verilməsi istiqamətində aparılan lobbiçilik kampaniyasına qatılaraq Ukraynanın öz səmasına nəzarət edə bilməsi üçün Ağ evi ona təyyarələr verməyə çağırıblar.

 

 

"İki partiyalı qanunverici qrup olaraq, biz F-16 qırıcılarının Ukraynaya təhvil verilməsini Kiyevə öz xalqını Rusiyanın səbəbsiz, qanunsuz və qəddar işğalından tam qorumaq, ərazlərini geri qaytarmaq üçün lazım olan hava dəstəyi imkanlarını təmin edilməsi baxımından zəruri hesab edirik”, - bir qrup respublikaçı və demokrat konqresmenlər çərşənbə günü Prezident Co Baydenə yazdıqları məktubda bildirirlər.

 

CNN-in iddiasına görə, bu məsələnin NATO-nun iyul ayında Litvanın Vilnüs şəhərində keçiriləcək növbəti sammitində müzakirə olunacağı gözlənilir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 115          Tarix: 19-05-2023, 10:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma