Ermənistan prezidenti Vaaqn Xaçaturyan dünən baş nazir Nikol Paşinyanla görşüb.
Ovqat.com-un Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vaaqn Xaçaturyan hökumətin regionda sülhün bərqərar edilməsi siyasətini tam dəstəklədiyini bəyan edib.
Xaçaturyan baş nazirin Azərbaycanın ərazi bütövlüyünü tanıması və Azərbaycandan da bunu gözlədiyi mesajlarını mühüm adlandırıb.
“Bunlar sadəcə sözlər deyil, sülhün bərqərar olmasına real münasibətdir. Düşünürəm ki, qonşumuz da bunu bilməli, sizin və hökumətin atdığınız addımları yüksək qiymətləndirməlidir”, - deyə Ermənistan prezidenti bildirib.
Baş nazir də öz növbəsində prezidentlə görüşləri vacib adlandırıb və hesab edib ki, xalq hakimiyyətin müxtəlif qolları və dövlət aparatının səmərəli fəaliyyəti arasında institusional əlaqəni görməlidir.
Azərbaycanla danışıqlara gəlincə, Paşinyanın sözlərinə görə, Brüssel və Moskva görüşlərindən sonra Bakıdan verilən son bəyanatlar suallar yaradır və onların “əldə edilmiş razılaşmaların rədd edilməsini nəzərdə tutub-tutmadığını” anlamaq lazımdır. O, müqavilələrin etibarlılığını “vacib şərt” adlandırıb.
Paylaş: