Xəbər lenti


“Ukrayna Silahlı Qüvvələri Orexov yaxınlığından Pologi, Tokmak və Vasilyevkaya doğru irəliləyir”.

 

Ovqat.com-un məlumatına görə, Almaniyanın məşhur “Bild” nəşrinin hərbi jurnalisti Julian Ryopke bu barədə bildirib. 

 

Onun sözlərinə görə, döyüş meydanından çəkilmiş foto və videoları təhlil edib və belə nəticəyə gəlib ki, əks-hücum əməliyyatı “hər kəsin gözlədiyi yerdən başlayıb”.

 

“Ukrayna ordusunun böyük hücumu Orexovun cənub istiqamətində, yəni Tokmak və Pologidə keçirilir... Bizdə də Ukraynanın Vasilyevkaya hücumu ilə bağlı hələ heç bir foto ilə təsdiqlənməyən məlumat var”, - Ryopke deyib.

 

Jurnalistin sözlərinə görə, cümə axşamı gecə Ukrayna Silahlı Qüvvələri Tokmok, Melitopol və Pologiyə güclü raket və hava zərbələri endirib: “Bütün bunlar onu deməyə əsas verir ki, Ukrayna böyük əks-hücuma artıq başlayıb”.

 




Ana səhifəyə qayıt        Baxış: 6 002          Tarix: 8-06-2023, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma