Xəbər lenti


Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşündən irəliləyiş gözləyir.

 

Ovqat.com-un məlumatına görə, Ruben Rubinyan bu barədə jurnalistlərə açıqlamasında bildirib.

 

“Ermənistanın mövqeyi ondan ibarətdir ki, biz öz maraqlarımızdan irəli gələn və imzalana bilən sülh müqaviləsi mətninə malik olmaq istəyirik”, - vitse-spiker deyib.

 

Onun sözlərinə görə, təbii ki, bu proses əslində mürəkkəb deyil, tərəflər arasında fikir ayrılığına yol açan və ətrafında artıq razılıq əldə olunan məsələlər var: “Lakin əsas məsələlər üzrə fikir ayrılıqları qalmaqda davam edir, gözləntilər onunla bağlıdır ki, tərəflərin mövqelərini bir neçə addımla yaxınlaşdırmaq olar”.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri bu gün Vaşinqtona yola düşüblər. Sabah, iyunun 27-də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş üzrə müzakirələrin növbəti raundu başlayacaq.




Ana səhifəyə qayıt        Baxış: 5 981          Tarix: 26-06-2023, 18:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma