Xəbər lenti


 

Ukraynanın Şərqi Avropadakı müttəfiqləri onun apardığı ölüm-qalım savaşından yaxşı pul qazanmaq arzusundadır. Halbuki, Ukraynanın bu müharibəni aparmasını ən çox istəyənlər də onlardır. Xüsusilə də Polşa. 

 

Üstəlik, Varşova bunu ona görə istəmir ki, Ukraynanın torpaq bütünlüyünə və suverenliyinə böyük hörmət bəsləyir. Əksinə, polyaklar yeri gələndə Ukraynanın qərb hissəsini özlərinin ana südü qədər halal torpaqları sayırlar və bəlkə bir gün bu arzularını da gizlətməyəcək, açıq şəkildə dilə gətirəcəklər. Təbii ki, Rusiya Ukraynada tam gömülüb təhlükə əxz etməyəndən sonra.

 

Hələlik isə, Ukrayna Polşa və Rusiya arasında iki bufer zonadan biridir (digəri Belarusdur) və rus təhlükəsinin özgə torpaqda boğulması Varşova üçün ən ümdə dövlət təhlükəsizliyi və müdafiəsi məsələsidir.

 

Bunlar öz yerində. Dərd burasındadır ki, Polşa Ukrayna savaşından həm də mümkün qədər çox pul qazanmaq istəyir. Hər halda Almaniyanın həftəlik “Der Spiegel” dərgisinin iddialarından belə anlaşılır. 

 

Nəşrin məlumatına görə, Almaniya ilə Polşa Ukraynaya verilmiş “Leopard” tanklarına baxım məsələsində razılığa gələ bilməyiblər. Əsas problem isə xidmət haqqının fərqli meyarlarla dəyərləndirilməsində çıxıb.

 

Bildirildiyinə görə, Polşa Müdafiə Müəssisələri Qrupu (PGZ) tankların ilkin diaqnostikası üçün 100.000 avrodan çox pul tələb edir, Almaniyada isə bu, təxminən 12.000 avroya başa gəlir. Bundan əlavə, PGZ tankların təmiri üçün də heç bir zəmanət vermək istəmir. Sadəcə ilkin diaqnostika xidməti ilə qaz vurub, qazan doldurmaq niyyətindədir.

 

Nəşr xatırladır ki, Polşada inşası planlaşdırılan təmir zavodu bir ay əvvəl açılmalı idi, lakin ölkələr arasında danışıqlar indiyədək davam etdiyindən bu plan da həyata keçirilə bilmir.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 717          Tarix: 2-07-2023, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma