Xəbər lenti


 

Son zamanlar Tərtər istiqamətində bir-birindən ayrı kimi görünən, fəqət böyük ehtimalla eyni mərkəzdə birləşən bəzi ardıcıl hadisələr baş verir.

 

Ovqat.com-un məlumatına görə, bir tərəfdən Tərtər cinayətinin araşdırıldığı məhkəmədə bir sıra yüksək rütbəli zabitlərin və generalların adı açıq şəkidə çəkilir, digər tərəfdən rayon hərbi məhkəməsinin 10 min cərimə ilə azadlığa buraxdığı Şlyapa Zahid yenidən istintaqa cəlb olunaraq göz altına alınır.

 

Tərtərdən gələn bir başqa xəbər isə bu rayonda cinayətkarlığa qarşı mübarizənin təkcə hərbi strukturlarla məhdudlaşmadığını, digər mülki sahələrə də uzandığını göstərir.

 

Məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sabah Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

 

İdarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 500          Tarix: 1-08-2023, 08:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma