Ukrayna ordusu ölkənin cənub və şərqində bir neçə istiqamətdə başlatdığı əks hücum əməliyyatının 13-cü həftəsi boyunca Qərbdən aldığə 71 ədəd “Leopard-2” tankından yalnız beşini itirib. Ən azı, 10 ədəd “Leopard-2” tankına sadəcə ziyan dəyib. Lakin ukraynalılar Polşa və Almaniyadakı anbarlarda zədələnmiş tankları təmir edib yenidən cəbhəyə qaytarıblar.
Ovqat.com xəbər verir ki, ünlü “Forbes” nəşri bu barədə bildirib.
Nəşrin iddiasına görə, 69 tonluq “Leopard 2”-nin əsas güclü tərəfi odur ki, bu tanklar zədələnə, təmir yerlərinə göndərilə və bərpa olunandan sonra təkrar döyüşə qaytarıla bilirlər və bu prosesin onlar tam sıradan çıxanadək dəfələrlə təkrarlanmaq imkanı var. Bir sözlə, “Leopard-2”-lər təkrar emal edilə bilən hərbi texnikalardır.
Daha da əhəmiyyətlisi odur ki, məhv edilmiş 5 tankın demək olar ki, hər bir ekipaj üzvü (cəmi 20 nəfər) hərbi texnika yanmadan və ya partlamadan onu tərk etməyi bacarıb. Yəni bu tankların ekipajından bir nəfərin belə burnu qanamayıb.
Ukraynalı əsgər Alexander Solonkonun sözlərinə görə, ən kritik vəziyyətdə zədələnmiş tanklar belə bərpa olunur və təmirə göndərilir: “Bahalı olsa da, bir metal parçasını əvəz edə bilərsiniz, ancaq insan həyatını bərpa etmək mümkün deyil”.
Rus tankları isə əksinə, döyüş sursatları lülələrin altında saxlanıldığından sursat partlayanda lülələr üç ekipaj üzvü ilə göyə uçur. Bu baxımdan “Leopard 2”-yə zərər vermək və heyətini qorxutmaq onu məhv etməkdən və heyətini öldürməkdən daha asandır. Rusiyanın T-72 tankları dəqiq vurulması halında isə texnika və ekipajın fəlakətli yoxoluşu qaçılmaz olur.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına inansaq, sadəcə bu gün Rusiyanın 14 tankını vurulub. Müharibə başlayandan indiyədək isə ümumilikdə 4414 rus tankı sıradan çıxarılıb.
Paylaş: