“Biz Rusiyanı Cənubi Qafqaz regionunda əsas təsir rıçaqlarından birindən məhrum edərək, bizim üçün vacib olan bu regiona sülh gətirməliyik”.
Ovqat.com-un məlumatına görə, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən senator Ceyms Riç Yuri Kim deyib.
O bildirib ki, ABŞ əgər effektiv siyasət aparmasa, Rusiya Cənubi Qafqazda öz təsirini bərpa edə bilər və hətta Çinin regionda rolunu gücləndirməsi belə mümkündür.
“ABŞ və onun Avropalı müttəfiqləri Qafqazın gələcəyində mühüm rol oynamalıdırlar. ABŞ-ın Dağlıq Qarabağdakı böhrana cavab tədbirləri ABŞ-ın regionda siyasətinin genişləndirilməsi baxımından kritik əhəmiyyət kəsb edəcək, - deyə senator vurğulayıb.
Paylaş: