Xəbər lenti


Hazırda Dağlıq Qarabağ əhalisi üçün birbaşa təhlükə yoxdur, bununla belə Ermənistanda artıq işçi qrupu yaradılıb və Qarabağdan olan 40 minə yaxın ailənin yerləşdirilməsi planı hazırlanıb. 

 

Ovqat.com-un məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Qarabağda qallb-qalmaması ehtimalını şərh edərkən deyib.

 

O qeyd edib ki, antiterror əməliyyatı başlayanda Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryana qaçqınların qəbulu və yerləşdirilməsi üzrə işçi qrupunun yaradılması barədə göstəriş verib. “Hazırda Ermənistanda artıq belə bir şərait yaradılıb (mehmanxana otaqları və evlər bron edilib), zərurət yaranarsa, qarabağlılar onlar üçün ayrılmış mənzillərə yerləşdiriləcək.

 

Paşinyanın sözlərinə görə, bu, hələlik ona görə, ictimaiyyətə açıqlanmayıb ki, İrəvan Bakının Qarabağı ermənisizləşdirmə və etnik təmizləmə siyasətinin alətinə çevrilmək istəmir.

 

“Dağlıq Qarabağ əhalisinin təxliyyəsi “a” və ya “b” deyil, “c” planı əsasında aparılmalıdır. Ermənistanın özü öz əli ilə Qarabağda etnik təmizləmə aparmaq və bununla da Azərbaycanı məsuliyyət daşıdığı proseslərdən xilas etmək istəmir”, - Paşinyan bildirib.

 

Erməni baş naziri vəziyyətdən asılı olaraq əhalinin evakuasiyasının prioritet məsələyə çevriləcəyini istisna etmir. O, ermənilərin Qarabağda öz evlərində layiqli və təhlükəsiz yaşamasının vacibliyini vurğulayıb.

 

Paşinyan xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Qarabağda qalmaqdadır və mülki şəxslərin müdafiəsi onların öhdəliyidir. Bundan başqa, Yevlaxda atəşkəs və vaxtaşırı görüşlər barədə razılıq əldə olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 6 200          Tarix: 22-09-2023, 04:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma