Xəbər lenti

 

Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayev barəsində ziddiyyətli məlumatlar dolaşır. Bəzi KİV-lər onun Nabrdandakı istirahət mərkəzlərindən birində hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda xəbər yayıblar.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu məlumat tamamilə uydurmadır. “Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir”-mətbuat xidməti bildirib.

Virtualaz.org-un bildirdiyinə görə, haqqında şaiyə yayılan polis rəisinin özü də redaksiyaya zəng vurub və hazırda Bakıda, işinin başında olduğunu deyib. “Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır”-polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 1 434          Tarix: 29-07-2017, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma