Rusiyanın Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski Ukraynada keçirilən xüsusi əməliyyat zonasında öldürülüb.
Ovqat.com-un məlumatına görə, faktı Voronej vilayətinin qubernatoru Aleksandr Qusev də təsdiqləyib.
Qusev öz Teleqram səhifəsində qeyd edib ki, general-mayor region və bölmə arasında çoxillik yaxşı əlaqələr qurulub.
Qubernator bu ölüm hadisəsinə görə “ruhu və ürəyi ilə kədərləndiyini bildirib” və Zavadskinin ailəsinə başsağlığı verib.
Zavadski son vəzifəsindən əvvəl 2021-ci ilin avqust ayına qədər 4-cü Qvardiya Kantemirovskaya Qırmızı Bayraqlı Tank Diviziyasına komandirlik edib.
Generalın ölümü ilə bağlı xəbərlər bir neçə gün öncə Ukrayna media qurumlarında yayılıb. “Novorossiya” agentliyinin məlumatına görə, o, Xarkov vilayətinin İzyum rayonunda ölüb. UNİAN xəbər agentliyi isə Zavadskinin Krınki kəndi yaxınlığında zirehli transportyordan atəşə tutularaq öldürüldüyünü bildirmişdi.
Paylaş: