Xəbər lenti

 

Ermənistan Baş naziri Paşinyan guya özünün icad etdiyi “Dünyanın kəsişməsi” layihəsi ilə qürrələnir. 

 

Layihədə iki beynəlxalq dəhlizin Ermənistan ərazisində kəsişməsindən söhbət gedir. Onlardan biri hamımızın  yaxşı bildiyimiz və bu zamanadək Azərbaycanın uğrunda böyük mübarizə apardığı Zəngəzur dəhlizidir. Bəli, söhbət Paşinyanın rəhbərlik etdiyi Ermənistanın çəkilməməsi üçün əlindən gəldiyini əsirgəmədiyi nəqliyyat yolundan gedir. “Bunun Paşinyana nə dəxli var” sualına özünüz cavab verin.

 

İkinci dəhlizə gəlincə, burada söhbət Hindistandan İrana, ordan isə Ermənistan vasitəsi ilə Gürcüstanın Poti limanına uzanan marşrutdan gedir. Sual olunur: bu dəlizin uzunluğu nə qədərdir? Mən hələ dağlardan aşaraq böyük maneələrin qət olunmasından danışmıram. Uzatmayaq, Paşinyanın öz beyninin məhsulu kimi təqdim etdiyi bu dəhlizin Ermənistandan keçən hissəsinin uzunluğu 977 km.-dir. Üstəlik, bu marşrut Azərbaycanın nəzarəti altında olan məkanlardan keçir.

 

Bəs bu dəhlizin alternativləri varmı?

 

Var. Alternativlərdən biri Mehridən Azərbaycanın Horadiz qəsəbəsinə gəlmək, ordan isə tamamilə bizim ərazilərimizdən keçərək Gürcüstana və onun Pot limanına çıxmaqdır. Sol qulağı sağ əllə qaşımağa bənzəyən bu alternativin uzunluğu nə qədər olsa yaxşıdır? – 914 km. Yəni Ermənistanın özündən keçən xətdən hardasa 63 km. daha qısa. Yəqin deyəcəksiniz ki, hansı axmaq, qısa yolu qoyub uzun yolla gedər? 

 

Haqlısınız. Amma başqa alternativ də var: İranın Ərdəbil bölgəsindən birbaşa Horadizə çıxmaq və bu yolla son mənzilə getmək. Şərti olaraq Horadiz yolu adlandırdığımız bu marşrutun uzunluğu cəmi 750 km-dir. Mehri yolundan hardasa 250 km. daha qısa. Üstəlik, bu marşrut üzərində dolanbac yollar, kəskin dönüşlər yoxdur. Qışda soyuqdan bağlanmaq, buz üstündə maşınla “fiqurlu konkisürmə” risklərinə qatlanmaq ehtimalı da mövcud deyil. Yəqin ikinci sualınız ortaya çıxacaq: elədirsə,  onda hansı macərapərəst axmaq rahat yolu qoyub, maşınla konki sürməyi ağlından keçirər?

 

Yenə də haqlısınız.

 

Amma bu, yeganə alternativ də deyil. Məsələn İran Culfasından Naxçıvan Culfasına keçib, ordan Türkiyənin Hopa limanına  da getmək olar. Bu yol isə cəmi 585 km.-dir. Yəni Paşinyanın “icad” etdiyi marşrutdan hardasa 400, Horadiz yolundan isə 165 km. daha qısa. 


Maraqlıdır ki, yuxarıda zikr etdiyimiz bütün alternativlər üzərində dəmiryolu xəttləri də var və dəmir yolu nəqliyyatı avtomollə yükdaşımalarından daha ucuzdur.

 

Bu da ən qısa marşrut deyil. İranın Maku vilayətindən Türkiyənin Hopa limanına daha qısa marşrut da var – 487 km. 

 

Bu qədər alternativlər içərisində ən təhlükəli və uzun yolu tərcih etmək həqiqətən də Paşinyan kimi bir səfehin icadı ola bilər.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 284          Tarix: 6-12-2023, 11:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma