Xəbər lenti
Dünən, 19:25


Əziz soydaşlarım, 21 Azər hərəkatını sevgi və qürurla anır, böyük güclərin müdaxiləsi ilə  qanlı bitməsinə və Azərbaycan Milli Hökuməti qurucularının həyatlarının faciəli şəkildə sona çatmasına üzüldüyümü bildirirəm. Ş. M. Xiyabaninin "Müstəqil olmayan bir millətin əzmi və şərəfi yoxdur" sözləri yaşam və fəaliyyət prinsipi olan böyüklərimiz bir ildən də az vaxtda çox böyük işlər gördü, millətimizin azadlıq və müstəqilliyindən heç vaxt vaz keçməyəcəyini bir daha dünyaya çatdırdı. 


Biz isə 53 il sonra Azərbaycanın qüzeyində 21 Azəri unutmadığımızı, böyüklərimizin yolunda olduğumuzu dünyaya çatdırmaq üçün  Azərbaycanın bölünməsinə etiraz və guneydəki soydaşlarımızla həmrəylik məqsədi ilə 12 dekabr 1989-cu il tarixində güney və quzey Azərbaycanı bölən sərhəd boyu insan zənciri yaratmaqla Bütöv və Böyük Azərbaycan uğrunda mübarizənin yeni mərhələsini başlatdıq. Mən əminəm ki, biz tezliklə Bütöv Azərbaycana nail olmaqla M. Ə. Rəsulzadənin başcilıq etdiyi AXC-nin, Ş. M. Xiyabaninin rəhbərlik etdiyi Azadıstanın və S. C. Pişəvərinin başçılığı ilə  21Azər nəticəsində yaranan Azərbaycan Milli Hökumətinin bizlər üçün qoyduğu hədəfə bir addım da yaxınlaşmış olacağiq. 


Sizlərə 21 Azər günü - Azərbaycan Milli Hökumətinin 78-ci ili dolayısı ilə  Bütöv və Böyük Azərbaycan hədəfi uğrunda mübarizədə  başarılar diləyirəm!

                   

Bünyamin Qəmbərli




Ana səhifəyə qayıt        Baxış: 4 814          Tarix: 12-12-2023, 08:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma