Xəbər lenti


Bryansk, Kursk və Belqorod vilayətlərinə Ukraynadan rus legionerləri hücum edib.

 

Ovqat.com-un məlumatına görə, ötən gecə “Rusiyanın azadlığı” legionunun və “Sibir batalyonunun” bölmələri Ukrayna-Rusiya sərhədin bir neçə yerdən eyni anda yararaq Bryansk, Kursk və Belqorod vilayətlərinə daxil olublar.

 

Rusiyanın rəsmi mənbələri baş verənlərin təfərrüatlarına varmaq istəmirlər. Lakin müstəqil sosial şəbəkə səhifələri bu vaxta qədər rus bölmələrinin artıq itkilərə məruz qaldığını bildirirlər. Ölənlərin və yaralananların dəqiq sayı bilinmir. Təkcə Kursk vilayətinin Tetkino bölgəsində ən azı üç rus hərbi qulluqçunun öldüyü və itkin düşənlərin də olduğu vurğulanır. Rusiya ordusu sayı hələlik açıqlanmayan zirehli texnikalar da itiriblər. 

 

Ekspertlər rus legionerlərinin mütəşəkkil hücumunu təsadüfi saymır, bu həftə Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqələndirirlər. 

 

İddialara görə, legionerlər rus kəşfiyyat qruplarının Ukrayna sərhədlərini pozmaq üçün istifadə etdikləri dəhlizdən keçib vilayətlərə daxil olublar. Bu da rus kəşfiyyatının sayıqlığını itirdiyindən xəbər verir.

 

Məlumata görə, bu 3 istiqamətdə döyüşlər davam edir və vilayətlətin Ukrayna ilə sərhədləri legionerlərin nəzarətindədir.

 

Təqdim etdiyimiz videoda "Rusiyanın Azadlığı" legionunun 1 zirehli personal daşıyıcısını (BTR) necə vurduğu əks olunub.


VİDEO bu linkdə


Digər bir iddiaya görə, Belqorodun Valuyski meşəsi üzərində bir rus təyyarəsi vurulub. Təyyarənin Su-27 olduğu bildirilir.

 

Yerli sakinlər güclü partlayış səsi eşidiblər və ardınca da meşədə güclü yanğın tüstüsü görünüb.

 

Təyyarənin legionerlər tərəfindən vurulduğu ehtimal edilir.


Video bu linkdə




Ana səhifəyə qayıt        Baxış: 6 226          Tarix: 12-03-2024, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma