Xəbər lenti


Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva vilayətindəki terror aktından sonra Kremlin yerləşdiyi Qırmızı meydanı əhatəyə alıb.

Report” xəbər verir ki, bu barədə

TASS məlumat yayıb.

Bildirilib ki, meydana bütün girişlər bağlanıb, orada post-patrul xidməti və xüsusi təyinatlı mobil dəstə (OMON) keşik çəkir.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

Rusiya Prezidenti “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı “texniki xəta” adlandırıb.





Ana səhifəyə qayıt        Baxış: 4 249          Tarix: 23-03-2024, 07:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma