Azərbaycanın yeni geosiyasi tərcihi BRICS-lə yaxınlaşma ola bilər.
Ovqat.com-un məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımovun “Azərbaycan xarici siyasətində BRICS-in yeri” mövzusunda çıxış edərkən səsləndiriyi bir sıra tezislər bu ehtimala yol açır.
Çıxışında Azərbaycanın Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq etdiyini vurğulayan Qasımov “BRICS sənədlərində həmrəylik, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq təşviq olunduğunu” deyib.
“Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır”, - deyə qeyd edən diplomat BRICS-in fəaliyyətinin əsasən 3 istiqamətə ayrıldığı fikrindədir. Bu istiqamətlər hansılardır? Mahur Qasimov suala belə aydınlıq gətirir: “Siyasi və təhlükəsizlik əməkdaşlığı, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər”.
Qeyd edək ki, BRICS (BRİKS) 2001-ci ildə, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının qatılımı ilə yaradılıb. Daha sonra isə alyansa Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri də qoşulub. Bəzi mülahizələrə görə, Qərb ölkələri ilə münasibətləri alınmayan Türkiyənin də BRICS-ə qoşulma ehtimalı da var.
Paylaş: