Xəbər lenti


 

İran Baş Qərargahı Prezdent İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı ilkin hesabatını yayımlayıb.

 

Ovqat.com-un məlumatına görə, hesabatda hadisənin dağa çarpılma nəticəsində baş verdiyi bildirilir.

 

Hesabatda qəza ilə bağlı texniki və ümumi məlumatların və tapıntıların toplanaraq qiymətləndirildiyi vurğulanıb və bəzi məlumatların qiymətləndirilməsinin vaxt aparacağı qeyd olunur.

 

Xəbərdə sözügedən helikopterin əvvəlcədən müəyyən edilmiş marşrutdan kənara çıxmadığı və pilotun qəzadan təxminən bir yarım dəqiqə əvvəl digər iki helikopterin pilotları ilə əlaqə saxladığı bildirilir.

 

Hesabatda helikopterin hissələrində güllə və ya buna bənzər xarici obyektin izi olmadığı barədə məlumatlar da yer alıb.

 

İran Baş Qərargahı bildirib ki, qəzadan sonra helikopterdə yanğın baş verib.

 

Hesabatda idarəetmə qülləsinin uçuş heyəti ilə apardığı söhbətlərdə hər hansı şübhəli vəziyyətə rast gəlinmədiyi qeyd olunur.

 

Xatırladaq ki, İranın mərhum prezidenti “Qız qalası” və “Xüdafərin” bəndlərinin açılışı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüş, Təbrizə qayıdarkən helikopter qəzaya uğrayaraq, həyatını itirmişdi. Qəza zamanı helikopterdə İbrahim Rəisi ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam-cüməsi və Şərqi Azərbaycan əyalətinin valisi də olmuşdu.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 213          Tarix: 24-05-2024, 10:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma