Xəbər lenti
Dünən, 19:25

 

ADR Hərəkatının lideri Qubad İbadoğlu Baş nazirin müavini Əli Həsənovun nəvəsinin malik olduğu avtomobil kolleksiyasının dəyərini hesablayıb. Ortaya nə çıxsa yaxşıdır? Sən demə, 21 yaşlı bu gəncin sadəcə maşınlarının qiyməti Baş nazir müavininin 100 illik maaşına bərabərdir.

Bəs, görəsən, qaçqınlara 34 manat təqaüdlə bir ay ağa kimi dolanmağı məsləhət görən bu adamın nəvəsi həmin sərvəti necə əldə edib?

Ümidvar olmaq istərdik ki, bu suala hüquq mühafizə orqanları aydınlıq gətirəcək. Biz isə Oqvat.com oxucularına Qubad İbadoğlunun “mühasibat uçotu”nu təqdim edirik:

  

“3 000 000 manat dəyərində avtomobil kolleksiyası

Bu kolleksiyasını yaratmaq üçün hazırkı orta aylıq əmək haqqı ilə ən azı 326 il, ən çoxu isə 464 il, baş nazirin müavininin indiki maaşı ilə ən azı 83, ən çoxu 129 il eyni vəzifədə işləmək lazımdır.

Bu məbləğ hesabına ən azı 56 min 582, ən çoxu isə 80 min 524 məcburi köçkünə yaşayış ehtiyaclarını və kommunal xərclərini ödəmək üçün ayrılan aylıq yardımı 2 dəfəyədək artırmaq olar.

Avtoritar rejimin formalaşdırdığı ölənədək dəyişməz kadrların şəcarəsindən olan yeni nəsil atalarının, babalarının davamçıları funksiyasını yerinə yetirə bilmir. Onlar gələcək siyasi elita rolunu oynamaq və yaxud da ən azından mövcud siyasi rejimi dəstəkləmək əvəzinə büdcədən və neft fondundan maliyyələşdirilən dəyəri milyardlarla olan şişirdilmiş layihələrdən oğurlanmiş vəsaitləri israf edərək, zəngin və dəbdəbəli həyat keçirməyi üstün tuturlar. Son 1 ayda 2 nəfərin ölümünə və daha 2 nəfərin yaralanmasına səbəb olan baş nazirin qatil nəvəsinin törətdiyi qəza, avtobus sürücüsünü 8 dayanacaq izləyib, saxladıb sərnişinlərin gözünün qarşısında döyən xuliqan general oğlunun sərgüzəştləri belə vəziyyətin bariz nümunəsidir. Bütün bunlar harınlıqdan qaynaqlanır, qudurğanlığın əndazəsini aşan göstəricidir, rejimin iflasını sürətləndirən faktorlardandır. Buyurun, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədrinin nəvəsinin kolleksiyasına daxil olan avtomobillərin qiymətinə diqqət edin, amma nəzərə alın ki, bu onların mal və pul varlıqlarının heç yüzdə biri də deyil.

 

  1. Mercedes G Wagon Brabus

Qiyməti 138.200 Avrodan (276400 Manatdan) 474.810 Avroyadək ( 949620 Manatadək)

  1. Mercedes G 65 AMG

Qiyməti 218.000 ABŞ dollarıdır. ( 370.000 Manatdır)

  1. Mercedes-Benz SLS AMG

Qiyməti 201.500 ABŞ dollardır (342.550 Manatdır)

  1. Mercedes-Benz AMG GT S

Qiyməti 110.000 ABŞ dollardan (187.000 Manatdan) 130.000 ABŞ dollaradək (221.000 Manatadək)

  1. Aston Martin

Qiyməti 196.086 ABŞ dollarıdır (333.346 Manatdır).

  1. Porsche Cayenne

Qiyməti 53900 ABŞ dollarından (91.630 manatdan) -79.995 ABŞ dollarıdır (135.991 Manatdır).

  1. Audi Q-7

Qiyməti 57.998 ABŞ dollarıdır (98.596 Manatdır).

  1. Bentley Continental GT

 

Qiyməti 198.500 ABŞ dollarından (337.450 manatdan ) 263.400 ABŞ dollarınadək (447.780 manatadək).

8 avtomobilə xərclənən vəsait ən azi 2 milyon 36 min 972 manat

1 avtomobilin orta qiyməti 254 min 622 manatdır.

Ən çoxu 2 milyon 898 min 883 manat.

1 avtomobilin orta qiyməti 362 min 360 manat.

Bizə məlum olan avtomobillərdən ibarət kolleksiyasını yaratmaq üçün hazırkı orta aylıq əmək haqqı ilə ən azı 326 il, ən çoxu isə 464 il işləmək lazımdır..

 

Bu məbləğ hesabına ən azı 56 min 582, ən çoxu isə 80 min 524 məcburi köçkünə yaşayış ehtiyaclarını və kommunal xərclərini ödəmək üçün ayrılan aylıq yardımı 2 dəfəyədək artırmaq olar.

Bu məbləğ hesabına ən azı 1697, ən çoxu isə 2451 tələbəyə 1 il ərzində ayda 100 manat təqaüd vermək olardı”.

 




Ana səhifəyə qayıt        Baxış: 2 303          Tarix: 9-08-2017, 00:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma