Xəbər lenti

Mərkəzi Komitənin baş katibi Leonid İliç Brejnevin ilk rəsmi maaşı 800 rubl təşkil edirdi. Bunu rublun indiki məzənnəsinə çevirəndə 150 rubla bərabər olur. Lakin təvazökar rəhbər öz aylıq maaşından şikayətlənmirdi. Bəs, hər şey göründüyü kimi idimi?

Müavinətlər, qonorarlar və əlavə gəlirlər

1973-cü ildə Brejnev özünü 25 min rubl məbləğində Lenin premiyasına layiq gördü. Lakin bu məbləğ baş katibin səlahiyyətləri ilə müqayisədə çox xırda idi. Brejnev “Kiçik torpaqlar”, “Dirçəliş” , “Əl dəyməmiş torpaqlar” əsərlərinin müəllifi idi.

Kitablar hər biri 15 milyon tirajla buraxılırdı. Brejnevin xatirələri məktəb proqramlarına daxil edilmişdi. Odur ki, kitablar durmadan satılırdı. Demək ki, 25 min rubl qonorar üzdə olan məbləğ idi. Əslində isə bu trilogiyadan baş katibə küllü miqdarda gəlir qalırdı.

1974-cü ildə Brejnevin maaşı 500 rubl artdı. 1978-ci ildən etibarən isə məvacibə 200 rubl da əlavə edildi. Mənbələrə görə, baş katib bütün maaşını həyat yoldaşına verirdi. Ailə büdcəsini xanım Brejneva idarə edirdi.

Bahalı əyləncələr

Leonid İliç avtomobilləri çox sevirdi. Bəzi mənbələrə görə, onun 50, digər məlumata görə isə 300-dək avtomobili olub. Baş katibin avtomobil sevdasından xəbər tutan məmurlar onun kolleksiyasını zənginləşdirirdilər. Məsələn, İtaliya Kommunist Partiyasının rəhbəri Brejnevə “Maserati Quattroporte” modelini hədiyyə etmişdi. Almaniya kansleri "Mersedes 600", ABŞ prezidenti isə "Limuzin Continental" modelləri ilə Brejnevi sevindirmişdilər.

Brejnevin sevimli məşğuliyyətlərindən biri də ov idi. Mərkəzi Komitənin rəhbəri tez-tez ova getdiyi üçün bahalı silah kolleksiyası var idi.

Daşınmaz əmlak

Leonid İliç uzun müddət Kutuzov prospektində ən ali təbəqə üçün nəzərdə tutulmuş evlərin birində yaşayıb. Onun mənzili 5-ci mərtəbədə idi. 189 kvadrat metrlik evdə 6 böyük otaq var idi.

1978-ci ildə baş katibə 500 kvadrat metrlik ev hədiyyə olunur. Lakin o bu mülkü çox dəbdəbəli hesab edərək, köhnə mənzilində qalmağı üstün tutur.

Pulsuz Brejnev

Həmin dövrdə yaşayan digər liderlər kimi Brejnevin də gizli büdcəsi yox idi. Çünki buna gərək duyulmurdu. Dövlət məmurlarının gündəlik yeməyindən tutmuş, bağ evinədək bütün ehtiyaclarını ödəyirdi. Brejnev bu hala elə alışmışdı ki, cibində pul gəzdirmirdi. Hansısa mağazada sevdiyi bir əşya tapanda pul ödəmədən götürüb, çıxırdı. Hətta çox vaxt katibin cangüdənləri onun yerinə ödəniş edirdilər.publika.az

 




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 1-08-2017, 14:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma