Xəbər lenti

 

Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə gedib.

Ovqat.com xəbər verir ki, bir neçə saat öncə Ankaranın Esenboğa aeroportuna enən Putini Türkiyənin Xarici İşlər nazirinin müavini Əhməd Yıldız və Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov qarşılayıblar.

Daha sonra qardaş ölkənin Prezident sarayında rəsmi mərasimlə qarşılanan Putin hazırda öz türkiyəli həmkarıyla görüşür. Görüşdə nəyin müzakirə olunduğu barədə hər hansı açıqlama verilməsə də, iki prezidentin Şimali İraq və Suriya məsələsini masaya yatıracaqları gözlənilir.

Qeyd edək ki, Türkiyə digər region ölkələri kimi Şimali İraqın müstəqilliyinə qarşı çıxsa da, Rusiyanın bu məsələdəki mövqeyi qeyri-müəyyəndir. Şimali İraq lideri Bərzaninin təbirincə desək, Rusiya bu günədək referendumu dəstəkləyən hər hansı açıqlama verməsə də, qarşı da çıxmayıb. Halbuki, Moskvanın Yaxın Şərq coğrafiyasındakı əsas müttəfiqləri birmənalı olaraq rəsmi Bağdadın tərəfində dayanır, Şimali İraqın müstəqillik addımlarını pisləyirlər.

Mümkündür ki, Vladimir Putinin Ankara səfərinin də əsas məğzində ortaq mövqeyə gəlmək üçün fikir mübadiləsi aparmaq dayanır. Ekspertlərin fikrincə, Moskva tərəfdaşlarıyla sövdələşdikdən sonra öz mövqeyini ortaya qoyacaq və bu, böyük ehtimalla, İran-Suriya-İraq-Türkiyə kimi təbii müttəfiqlərin cizgisində olacaq.




Ana səhifəyə qayıt        Baxış: 3 390          Tarix: 28-09-2017, 23:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma