Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
"Azərbaycanın güclənməsi Ermənistana ciddi bir mesajdır. Ermənistan üçün nə qədər ki, gec deyil, Qarabağ torpaqlarını geri qaytarmalıdır".
Bunu Türkiyə Böyük Millət Məclisinin deputatı Feyzullah Kıyıklık deyib. Millət vəkili ilə müsahibəni təqdim edirik:
- Yəqin ki, bu Azərbaycana ilk səfəriniz deyil? Və ölkəmizlə bağlı təəssüratlarınızı bölüşərdiniz...
- Xeyr, Azərbaycana bir neçə dəfə gəlmişəm. Bu dəfəki səfərim Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) iclası ilə bağlıdır. Hər gəlişimdə Azərbaycanı daha dəyişik və inkişaf edən görürəm. Azərbaycanı öz vətənim qədər çox sevirəm. Azərbaycan ikinci vətənimdir. Xüsusilə qeyd edim ki, güclü Azərbaycanın mövcudluğu bölgə üçün lazımdır. Türkiyə bu siyasəti dəstəkləyir və qardaşlığımızın uğurları bizi sevindirir. Ümummilli məsələlərdə Azərbaycanın Türkiyənin yanında olması və onu dəstəkləməsi qardaşlıq simvolunu gücləndirir.
- Qarabağ məsələsinin həlli prosesində beynəlxalq birliyin diqqətsizliyini nə ilə əlaqələndirirsiniz?
- Qarabağ bizim dərdimiz və acımızdır. Təəssüf ki, beynəlxalq birlik Qarabağ məsələsinə biganə qalır. Qarabağın Azərbaycana qaytarılması istiqamətində beynəlxalq ictimaiyyətdən hər hansısa bir reaksiya görmürük. İnsan hüquq və soyqırımından danışanlar heç vaxt Qarabağ, Xocalıda yaşanan qətliamlardan söz açmırlar. Bunun özü ikiüzlülükdür. Bu hallar bizi məyus edir. Gec-tez Qarabağda haqq-ədalət öz yerini tutacaq və torpaqlar geri qaytarılacaq. Çünki Azərbaycanın güclənməsi Ermənistana ciddi bir mesajdır. Ermənistan üçün nə qədər ki, gec deyil, Qarabağ torpaqlarını geri qaytarmalıdır.
- Avropa dövlətlərinin Türkiyə qarşı təzyiqlərinin arxasında nələr durur?
-Avropa bizim özümüz daha rahat və hərəkət etməyimizi əngəlləməyə çalışır. Türkiyədə inkişafa doğru xidmət edən siyasəti gözləri götürmür. Konstitusiyamızda dəyişilik etmək istəyirik. Baxın ki, Avropa buna neçə reaksiya verir. Bu, Türkiyə konstitusiyası ilə bağlıdır. Məhz öz daxili məsələmizdir. Biz Böyük Britaniyanın, Amerikanın, Niderlandın və ya Fransanın konstitusiyasında dəyişiklik etmirik. Öz seçimizi edirik. Onlar nədən bu qədər narahatçılıq keçirirlər. Mən onu başa düşə bilmirəm.
- Sizcə, nədən narahatdırlar?
- Birmənalı olaraq qeyd edim ki, qərb islam ölkələrində ciddi dəyişiklikləri istəmir. Güclü və inkişaf edən müsəlman dövlətinin yaranmasında narahatdırlar. Onlara sözə baxan və istədikləri siyasəti qəbul edəcək dövlət lazımdır. Ancaq Türkiyə buna heç bir zaman getməyəcək. Azərbaycan və ya digər türk respublikaları ilə birgə addımlayacağıq.
- Necə hesab edirsiniz, Türkiyə PKK problemini həll edəcəkmi?
- PKK məsələsi qərbinTürkiyə üçün hazırladığı süni problemdir. PKK bizim içimizdən çıxmayıb. Türkiyəni zəiflətmək üçün hazırlanan ssenaridir. Yaxşı xatırlayıram ki, bir zamanlar Türkiyəni yayındırmaq üçün sağ və sol problemini yaratdılar. Ondan sonra ələvi-sünni məsələsi ortaya atıldı. Plan pozulduqdan sonra PKK-ni ortaya atdılar. Bu gün güclü Türkiyə var. Onun rəhbəri cəsur və sözünü deyən prezidentdir. Rəcəb Təyyub Ərdoğan Türkiyənin güclənməsinə çalışan siyasi xadimdir. Onun beynəlxalq arenada qətiyyətlə sözünü deməsi həmin qüvvələri narahat edir.
Elnur Eltürk
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar