Xəbər lenti

 

İraq Silahlı Qüvvələrinin başlatdığı Kərkük əməliyyatında xeyli kürd ailələrinin bölgəni tərk etməsi nəticəsində yaranan boşluq və qarmaqarışıqlıqdan istifadə edən İŞİD də fəallaşıb.

Ovqat.com-un bildirdiyinə görə, terror təşkilatı Kərkükə aid iki kəndi ələ keçirib.

Maraqlıdır ki, İŞİD bu əməliyyata cəmi 25 silahlı ilə başlayıb.

İŞİD-lə mübarizənin həlledici məqamında rəsmi Ərbilin referenduma getməsi bir çox beynəlxalq qurumlar tərəfindən “xilafətçiləri” vəziyyətdən çıxarmaq kimi xarakterizə edilirdi. Hətta ABŞ administrasiyası dəfələrlə bu barədə Ərbil rəhbərliyinə xəbərdarlıq etmiş, prosesin təxirə salınmasını istəmişdi. Bütün xəbərdarlıqları qulaq ardına vuran Bərzani bu avanturasıyla İŞİD dürməyinə yağ sürtmüşdü.

Məsələyə bu baxımdan yanaşanda İŞİD-in bu qəfil hücumu Bərzaniyə ödənən minnət borcu təəssüratı yaradır.




Ana səhifəyə qayıt        Baxış: 581          Tarix: 17-10-2017, 13:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma