Xəbər lenti

 "Publik hüquqi şəxs statusu alan tibb müəssisələri yenə də Səhiyyə Nazirliyinin tabeliyində olacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, amma həmin tibb müəssisələrinin maliyyə mexanizmi dəyişəcək: "Artıq bir neçə ildir dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir. Bu xidmətlər dövlət tərəfindən maliyyələşdirilir. Lakin icbari tibbi sığortaya keçilən ərəfədə tibb müəssisələrinin hesablarının olmaması onların fəaliyyətində problemlər yarada bilər. Ona görə də onlar publik hüquqi şəxsə çevrilirlər. Belə olanda onların həm dövlət büdcəsindən, həm də gələcəkdə digər mənbələrdən maliyyələşməsi qanunazidd olmayacaq".




Ana səhifəyə qayıt        Baxış: 723          Tarix: 15-11-2017, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma