“ABŞ-da məhkəmənin tərəfləri təzyiq altında saxlanılır və onlar ölkəmizin əleyhinə ifadə verməyə məcbur edilirlər. Ədalət bunun harasındadır?”
Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binali Yıldırım ABŞ-da keçirilən Rza Zarraf məhkəməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, məhkəmə ittiham olunan şəxsləri Türkiyənin əleyhinə ifadə verəcəkləri təqdirdə müttəhimdən şahidə çevirməklə faktiki olaraq, hüquqa zidd addımlar atır və qardaş ölkənin iqtisadiyyatında qeyri-sabitlik yaratmağa çalışır. “Halbuki, indiyə qədər Türkiyə, ixracat, ticarət, beynəlxalq hüquq sahəsində qanuna zidd heç bir hərəkət etməmişdir. Bu baxımdan Türkiyə iqtisadiyyatını zorlama yoluyla finans sektorumuzu sıxışdırmaq bihudədir. Bu hal məhkəməni hüquqilikdən çıxardır və siyasi yönə meylləndirir”.
Bununla belə, ABŞ-la münasibətləri kəsməkdə maraqlı olmadıqlarını bildirən Binali Yıldırım iki dövlətin də NATO-da müttəfiq olduqlarını və terrorizmə qarşı birgə mübarizə apar xatırladıb:
“İmkan verməliyik ki, hüquqşünaslar da, siyasilər də öz işlərini görsünlər. Hüquq adamlarının iki ölkənin əlaqələrini zəhərləməsinə icazə verməməliyik. Biz NATO-da müttəfiqik. ABŞ nə qədər qəlbimizi yandıran terrorçularla əməkdaşlıq etsə belə, bunun müvəqqəti olduğunu düşünürük, bir gün səhv yoldan geri dönəcəyinə ümid edirik”.
Paylaş: