Xəbər lenti
 
Sankt-Peterburqda metronun "Dirçəliş meydanı" stansiyasında daha bir partlayıcı qurğu tapılıb.
"Report" Sankt-Peterburqda dərc edilən "Fontanka" nəşrinə istinadən xəbər verir ki, qurğu işə düşməyib, hazırda zərərsizləşdirilir.
Xatırladaq ki, daha əvvəl "Sennaya meydanı" və "Texnologiya İnstitutu" stansiyalarında partlayışların baş verdiyi məlum olub. Milli Antiterror Komitəsi isə rəsmən bir partlayış olduğunu açıqlayıb.
İlkin məlumatlara görə, 10 nəfər həlak olub, təqribən 50 nəfər xəsarət alıb. Metropolitenin bütün stansiyaları bağlanılıb.



Ana səhifəyə qayıt        Baxış: 1 261          Tarix: 3-04-2017, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma