Xəbər lenti

  

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 100 il keçir. Rəsmi Bakı bu münasibətlə 2018-ci ili Cümhuriyyət ili elan edib.

Bu gözəl təşəbbüsün sadəcə kağız üzərində qalmaması üçün hökumət orqanlarıyla yanaşı hər birimizin üzərinə böyük məsuliyyətlər düşür. Azərbaycanın istiqlal məfkurəsinin qorunması, keşməkeşli tariximizin daha mükəmməl öyrədilməsi və nəsillərdən nəsillərə ötürülməsi üçün hər birimiz qollarımızı çirmələməli, əlimizdən gələni əsirgəməməliyik.

Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 il bundan əvvəl Osmanlı imperiyasının da yardımlarıyla təməllərini atdığı dövlətçilik ənənələri ölkəmiz yenidən  işğal edildikdən sonra da Sovet Sosialist Respublikası adıyla özünü qoruya bildi. Bu mənada 2 il ömür sürməsinə baxmayaraq, AXC Azərbaycan tarixinə sarsılmaz izlər buraxıb. Məmmədəmin Rəsulzadənin “bir kərə yüksələn bayraq, bir daha enməz” tezisinə bu aspektdən nəzər salanda nə qədər haqlı olduğu ortaya çıxır.

Əlbəttə, sovetlər tərəfindən yenidən işğal edilərkən bizə dövlətçilik ənənəsinin verilməsində Türkiyə ilə SSRİ-nin bağladığı Qars, Gümrü və Moskva müqavilələrinin də misilsiz rolu olmuşdur. Bəlkə də bu müqavilələr olmasaydı, Qarabağ və Naxçıvan Ermənistana verilər, Azərbaycan xalqı digər türk toplumları kimi Orta Asiyaya sürgün edilərdi. Odur ki, biz bir dövlət kimi bu il 100 illiyini qeyd edəcəyimiz AXC-yə və Türkiyəyə çox şeylər borcluyuq.

Bəs, yuxarıda adı çəkilən müqavilələrdə dövlətçilik ənənələrimiz necə qorunub?

BDU Azərbaycan tarixi kafedrasının professoru, millət vəkili Fəzail İbrahimli və tarix üzrə fəlsəfə doktoru Nail Əliyevin 2016-cı ilin mart ayında ANS-in “Nəzər nöqtəsi” proqramındakı çıxışları bu suallara aydınlıq gətirir.

Həmin verilişin videosunu Ovqat.com oxucularına təqdim edirik:

Qars müqaviləsinin Naxçıvanın qorunmasında rolu barədə tarixçi alim Nail Əliyevin fikirləriylə isə bu videoda tanış ola bilərsiniz:




Ana səhifəyə qayıt        Baxış: 1 910          Tarix: 13-02-2018, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma