Xəbər lenti

  Dağlıq Qarabağ ətrafındakı gərginlik 2018-ci ildə Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsun ABŞ Senatına təqdim etdiyi və bu il dünyada mümkün təhdidlərin qiymətləndirilməsi üzrə hazırlanan hesabatda bildirilib.

"Dağlıq Qarabağ regionu ətrafındakı gərginlik Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə və Rusiyanın regional müttəfiqini dəstəkləməsinə gətirib çıxara bilər. Tərəflərdən heç birinin güzəştə getmək istəməməsi, tərəflərə artan təzyiqlər, Azərbaycanın sabit hərbi modernləşməsi və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi riskini yaradır", - D.Koutsun hesabatında deyilir.




Ana səhifəyə qayıt        Baxış: 815          Tarix: 7-03-2018, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma