Azərbaycan Tarix elminə ağır itki üz vermişdir. AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Hacı Qədir Qədirzadə aramızdan ayrılmışdır. Qədir Qədirzadə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş (1971), Cəhridə müəllim işləmişdir (1971-75).
AMEA-nın Regional Elm Mərkəzində (indiki AMEA-nın Naxçıvan Bölməsi) kiçik elmi işçi, arxeologiya, etnoqrafiya və folklor şöbəsinin (1979-86), Arxeologiya və Etnoqrafiya şöbəsinin (1987-92) müdiri, elmi işlər üzrə direktor müavini (1992-2002) işləmişdir.
2003-cü ildən AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavinidir. Elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tutur. 150-dən çox elmi, elmi puplisistik məqalənin bir neçə kitabın müəllifidir. Əsərləri Moskvada, Ankarada, İstanbulda və digər yerlərdə dərc olunmuşdur. Beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
Əvəzsiz alim, gözəl insan Qədir Qədirzadənin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Ovqat.com
Paylaş: