Xəbər lenti
Dünən, 19:25

  

Azərbaycanda yaşayan əhalinin əksəriyyətinin türk olmasını elmi anlamda sübut etməyə heç bir zərurət yoxdur. Bu artıq dünya tərəfindən qəbul edilmiş bir aksiomadır. Təəssüflər olsun ki, bu gün bir çoxları hələ də öz etnik kimliklərini dərk etmir, özlərini azərbaycanlı adlandırır, vətəndaşlıqla etnik kimliyi qarışdırırlar. Azərbaycanda yaşayan bütün xalqlar azərbaycanlıdırlar, yəni Azərbaycan vətəndaşlarıdır. Etnik kimlik isə hansı kökdən-soydan gəlmək, etnik mənsubiyyətidir.

Hamı “Bir millət - iki dövlət” olduğumuzu deyir, ancaq millətini soranda deyir: mən azərbaycanlıyam. Onda belə çıxır ki, Anadolu türkləri də azərbaycanlıdır. Ya biz də türkük, ya da onlar azərbaycanlıdır. Heç bir məntiq yoxdur.

Məsələyə aydınlıq gətirək; 1936-cı ildən başlayaraq həm İranda həm də SSRİ-də bizi öz soy-kökümüzden ayırmaq, assimilyasiya etmək üçün bizə azərbaycanlı damğası vuruldu. Yuxarıda qeyd etdiyim kimi, bəziləri bunu dərk etməyərək özlərini azərbaycanlı hesab edirlərsə, digərləri bilərəkdən türk düşmənlərinə xidmət etdikləri üçün bu təbliğatı aparırlar.

Hamıya anlaşılan olması üçün tarixə qısa səyahət edək. Mezeolit dövrünə aid Azərbaycan ərazisindən tapılan kəllələrin quruluşu ilə bizim kəllələrin quruluşu eynidir Antrpologiya bunu sübut edib. Deməli, Azərbaycan ərazisi türklərin ATA vətənidir. İkincisi, aratta, lullubi quti, turukki, subar və sair tayfaların türk olması hamı tərəfindən qəbul edilmişdir.

İndi bizim bu əraziyə gəlmə olduğumuzun iddia edilməsinə baxaq. Bəzi türk düşmənləri bizim 11-ci əsrdə bura gəldiyimizi deyirlər, digərləri isə bizi səlcuqların türkləşdirdiyini iddia edirlər.

Birincisi, nə üçün səlcuqlar farsları, ərəbləri gürcüləri, ləzgiləri, kürdləri, talışları və digərlərini türkləşdirə bilmədi, bu xalqlardan cox olan bizi türkləşdirdi? Heç bir məntiq yoxdur, deməli bu deyilənlər cəfəngiyyatdır.

İkincisi, elmə dəqiq məlumdur ki, hələ e.ə.14-cü əsrdə kimmer türk tayfaları Azərbaycana gəlmişlər. E.ə.8-7-ci əsrlərdə skiflər və saklar bura axın edərək burada Skif padşahlığını yaratmışlar. Bu tayfaların türk olduğuna heç bir şübhə yoxdur. Sonralar 3-5-ci əsrlərdə hunlar, sabirlər, xəzərlər və basqaları, 11-ci əsrdə səlcuqlar Azərbaycana gəlib onların bir hissəsi burada məskunlaşıblar. Deməli, onlar bizi türkləşdirməyib,sadəcə bizə qarışaraq sayımızı artırıblar.

Bir neçə söz də Alban tayfaları haqqında. Alban tayfalarının dağlıq ərazidə yaşayan az bir hissəsi 4-cü əsrdə xristianlığı qəbul etmişlər. Ancaq onlar sonradan etnik kimliklərini unudaraq tədricən dillərini də yaddan çıxartmışlar. Ərəb ağalığı dövründə Ərəb-Bizans müharibələri getdiyinə görə Albaniyanın Bizansla əlaqələrini kəsmək üçün, yəni Alban provaslav kilsəsini Bizans provaslav kilsəsindən ayırmaq məqsədi ilə Alban kilsəsini Romaya bağlı Qriqoryan kilsəsinə tabe etmişlər. Bu da albanlarin erməniləşməsinə səbəb olmuşdur. 1836-cı ilde rus imperiyası məqsədyönlü şəkildə Alban katalikosluğunu ləğv edərək buradakı xristian albanları tamamilə Qriqoryan kilsəsinə bağlamışdır. Nəticədə alban türkləri tamamilə erməniləşmişlər. Özlərini erməni hesab edənlərin soy adlarına fikir versək, bunu görərik. Məsələn, Aqanbekyan, Şahnazaryan, Köçəriyan, Dəmirçiyan, Babayan, Uluxanyan və s. minlərlə soy adlarının olması bunu sübut edir. Eynilə Dunay bulqarları, Krım xanın varisləri xristianlığı qəbul edərək etnik kimliklərini və dillərini unutdular. İndiki Macarıstanda yaşayan əhali hun türklərinin törəmələri olsalar da, xristianlığı qəbul etdikdən sonra etnik kimliklərini və dillərini unutmuşlar.

BAO Mərkəzi Şurasınının üzvü Nəcəfalı Cahangirli




Ana səhifəyə qayıt        Baxış: 1 666          Tarix: 17-03-2018, 18:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma