Bu gün Bakı şəhərindəki 259 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar üçüncü sinif şagirdləri bayram şənliyi keçirmişlər.
Tədbir əvvəlcə məktəbin həyətində başlamış, şagirdlər burada əvvəlcədən iri həcmdə xüsusi hazırlanmış Azərbaycan bayrağının altında dayanaraq vətənə həsr edilmiş mahnılar söyləmiş, rəqslər etmişlər.
Tədbir daha sonra sinif otağında davam etdirilmişdir .Üçüncülərdən Fidan, Aysel, Sona, Tuncay, Murad, Bülqeyis, Kamran, İnqilab, Səlmi,Qurbanhüseyn , Nahid və başqaları milli istiqlaliyyətimizə,dövlətçiliyimizə,müstəqilliyimizə həsr edilmiş şeirlər söyləmiş, mahnılar ifa etmişlər.
Üçüncülərin hərbi geyimdə, əllərində avtomat oxuduqları hərbi mahnı daha çox yaddaqalan olmuşdur.
“Sən mənim namusum, qeyrətimsən, Vətən.”sözləri üçüncülərin ifasında necə də təsiredici və məğrur səslənir.Onların havada yellənən xırdaca yumruqları nəhəng topun lüləsinə qoyulmuş mərmi kimi havada süzürdü.
Sonda Üçüncülərin sinif rəhbərləri Vəfa Tağıyeva və Gülbəniz Mayılovanın iştirakı ilə şagirdlər”Can Azərbaycan” mahnısının sədaları altında rəqs etmişlər.
Ovqat.com
Paylaş: