Xəbər lenti

 

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 24 may 2018 - ci ildə Qazax Dövlət Sosial - İqtisadi  kollecində "Gənclərin şəxsi inkişaf, motivasiya və özünü ifadəetmə bacarıqlarının artırılması" adlı layihə çərçivəsində tədbir keçirilib.

Layihənin əsas məqsədi gənclərə şəxsi inkişafda özünə inamın, iş həyatının, uğurlu gələcəyin, asudə vaxtın səmərəli keçirilməsinin, sosial işlərdə iştirakın vacibliyini göstərmək, bu yolda onların qarşılarında duran problemlər və həmin problemlərin aradan qaldırılması yollarına birgə baxış keçirmək olmuşdur.

 

Tədbir iki hissədən ibarət keçirilib. İlk hissədə mövzu ilə bağlı məlumatlar verilmiş, ikinci hissədə iştirakçılarla maraqlı diskussiyalar edilmişdir. Diskussiyada kollecin müəllimə heyəti də aktiv şəkildə iştirak edərək, uğurlarından danışmış, öz motivasiya hekayələrini bölüşmüşdür. Tədbir  zamanı mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır. Sonda iştirakçılar sertifikatla təmin olunmuşdur.

 

Layihənin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X Qrant Müsabiqəsinin qalibi Nərmin Qaralova sonda Azərbaycan Gənclər Fonduna, Qazax rayonu İcra hakimiyyətinə və Qazax Dövlət Sosial - İqtisadi  kollecinin rəhbərliyinə təşəkkür edərək tədbiri yekunlaşdırmışdır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 719          Tarix: 30-05-2018, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma