Xəbər lenti

   

Ağ evin sözçüsü Sarah Sanders dünən axşam Virciniya əyalətindəki bir restorandan qovulub.

Ovqat.com xəbər verir ki, məlumatı sözçünün özü yayıb.

O, Twitter paylaşımında qovulmasının səbəbini "ABŞ Prezidenti Donald Trampa işləməsiylə” əlaqələndirərək yazıb:

"Dünən axşam Virciniyada getdiyim “Red Hen”in sahibi ABŞ Prezidenti üçün işlədiyim üçün restorandan ayrılmağımı istədi. Bu hərəkət məndən çox, restoran sahibinin özünə hörmətsizlikdir. Eyni fikirdə olmadığım bütün insanlara da əlimdən gəldiyi qədər yaxşı davranmağa çalışıram. Belə davranışımı davam etdirəcəyəm".

 Paytaxt Vaşinqtona təxminən 3 saat məsafədə yerləşən restoranın sahibi isə jurnalistlərin israrlı suallarını cavabsız buraxıb.




Ana səhifəyə qayıt        Baxış: 634          Tarix: 24-06-2018, 08:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma