Xəbər lenti

  

Bu gün Azərbaycan polisinin 100 illik yubileyidir. 1918-ci ilin 2 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğunun ilk aylarında yaradılan polisimiz şərəfli yol keçərək, ölkəmizdə əmin-amanlığın qorunmasında böyük işlər görmüşdür. Bir çox hallarda sərt mübarizə metodlarını bəyənməsək belə, etiraf etməliyik ki, dünyanın geopolitik anlamda qırılma nöqtəsində yerləşən ölkəmizdə hökm sürən bugünkü stabillikdə polislərimiz rolu danılmazdır.

Polislərimizi bu əlamətdar gün münasibəti ilə təbrik edir, şair-publisist Heydər Oğuzun onlar barəsində qələmə aldığı şeirlərlə salamlayırıq:

 

Polis marşı

 

Haqq – Tanrının adıdır,

Mənsə Haqqın əsgəri.

Xalqın keşiyindəyəm

Var olan gündən bəri!

 

Zillətin boğazında

Hüzurun pəncəsiyəm.

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Mən Vətənin içində,

Əsgərlər eşiyində,

Birlikdə bu ölkənin

Durmuşuq keşiyində!

 

Hər kəsin inam yeri,

Ümidi, Haqq səsiyəm.

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Evindən əmin əsgər

Məndən alıb gücünü,

Sərhədlərdə yağıdan

Alır yurdun öcünü!

 

Sabitliyin qarantı,

Əminlik qüvvəsiyəm!

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Xalq rahat yatsın deyə,

Uyumadan gəzirəm.

Salıb çəkmə altına

Qaranlığı əzirəm.

 

Haqqın nahaq önündə

Keçilməz pərdəsiyəm!

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Bir qazancın olacaqsa, polisim, gəl, məni vur!

Yox polis maskasısa sən də üzə sürməni vur!

Mənə “ünsür”- dedi şah, ünsürü vur, düşməni vur!

 

Şah ki futbol topu etmiş məni, yox səndə günah,

Qapı boşdur, necə vursan keçəcək, zərbəni vur!

 

İxtiyar sahibisən, vardı əlində dəyənək

Bir qazancın olacaqsa, polisim, gəl, məni vur!

 

Əli boş, üstü yalın, qarnısa ac bir ölüyəm,

Məni Allah da vurub, sən barı get, erməni vur!

 

Məni vurmağa nə var, qolları bağlı Oğuzam

Yurdunun sərvətini kim ki oğurlar onu vur!




Ana səhifəyə qayıt        Baxış: 899          Tarix: 2-07-2018, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma