Xəbər lenti
27-11-2024, 19:25

 

“Bu ilin avqust ayında üç dünya şöhrətli ictimai siyasi xadim dünyasını dəyişdi. Bunlar respublikaçı senator, BMT-nin keçmiş baş katibi və israilli jurnalistdir. Onların hər birinin həyatla vidaşlaması bütöv bir dövrün sonunu gətirib”.

Musavat.com xəbər verir ki, bu sətirlər “Le Monde” qəzetinin icmalçısı Alen Fraşonun yazısında yer alıb. Müəllif onların hər birinin ölümünü əski dünyanın sona çatması ilə simvollaşdırıb.

“25 avqust, yəni senator Con Makkeynin ölüm günü ABŞ siyasəti üçün əlamətdar bir hadisə sayılır.

Onun həyatdan getməsi ABŞ-ın iki böyük siyasi təşkilatından birinin, Respublikaçılar partiyasının bitməsi deməkdir. Bu paritya 1945-ci ildən bəri Vaşinqton tərəfindən imzalanan strateji alyansların və beynəlmiləlçiliyin qızğın müdafiçəsinə, azad ticarətin, siyasi immiqrasiyanın tərəfdarına, Amerika dəyərlərinin təbliğatçısına çevrilmişdi.

ÐаÑÑинки по запÑоÑÑ john mccain republican

Bu gün isə Avraam Linkolnun partiyası Trampın ultramillətçi, antimmiqrant , iqtisadi qlobalizmi lənətləyən, birtərəfli xarici siyasət yürüdən, ticarətdə proteskionizmi müdafiə edən, iqlim dəyişikliklərinə şübhə ilə yanaşan təşkilata dönüb. İndi bu partiya Avropada baş qaldırmağa başlayan radikal sağ qüvvələrin ilham mənbəyidir.

Makkeyn demokratiyanın ruhunu kompromislərdə görürdü., Tramp isə ancaq güc nisbətinə inanır. Onun nəzərində opponent düşməndir, siyasət isə vətəndaş müharibəsinin ikinci dərəcəli məhsuludur. Yeni Respublikaılar partiyası, bax, budur”,- Fraşon yazır.

Avqustun 18-i isə Koffi Annanın vəfat günüdür.

Annan 1997-2006-cı illərdə BMT-yə rəhbərlik edib. Qanadan olan diplomat, eleqant tərzli və yüksək intellektuala malik Annan BMT-nin daşıdığı funksiyaya dərindən inanan adam olub. O, Birləşmiş Mİllətlərin fəaliyyət hüdudlarını və onun konsensusla işləmə qabliyyətini gözəl bilirdi.

ÐаÑÑинки по запÑоÑÑ john mccain kofi annan uri avnery

Dünya siyasətində çoxtərəfli yanaşma tərzi təşkilatın “sülh”, “insan hüquqları” və “dövlətlərin suverenliyi” kimi məsələlər ətrafında məqsədləri və vəzifələri arasında ortaq tarazlıq nöqtələrinin tapmasını tələb edirdi.

Lakin böyük güclərin təsiri ilə bu gün dövlətlərin mütləq suverenliyi, yəni onlaırn heç bir daxili işinə qarışmamaq konsepsiyasına geri dönüş baş verib.

Məhz bu ideyanı Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tzinpin müdafiə edir. Tramp və Putin BMT-yə məhəl qoymurlar, Pekin isə ümumiyyətlə təşkilatla hesablaşmır. Multilateralizm olduqca ağır vəziyyətdədir”, - fransız yazar qeyd edib.

İsrailli jurnalist Uri Avneri avqustun 20-də vəfat edib.

ÐаÑÑинки по запÑоÑÑ john mccain kofi annan uri avnery

Avneri İsrail-Fələstin dialoqunun ən böyük tərəfdaşlarından sayılıb. 1950-ci illərdən başlayaraq həfətlik “Ha-olam-ha-ze” (ivritcə-“Bu dünya”) jurnalının baş redaktoru kimi Avneri Fələstin və İsrailin iki ayrı dövlət kimi mövcudiyyəti uğrunda mübarizə aparıb.

“İki dövlətli formul bu problemin yeganə həllidir. Başqa cür daima israillilərlə fələstinlilər arasında müharibəni gətirəcək dövlət quruluşu ilə barışmalı olacağıq”,- Avneri hələ avqustun əvvəlində yazırdı.

“Üç həyat, üç ölüm-yeni dünyanın başlanğıcıdır”, -müəllif yazısını bu sonluqla yekunlaşdırıb.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 8-09-2018, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma