Xəbər lenti

 

Sabahdan Bakıda "ADEX-2018" müdafiə sərgisi başlayır. Sərgidə 29 ölkə silah və hərbi texnikasını nümayiş etdirəcək. Həmçinin Azərbaycan istehsalı olan "Tufan" zirehli maşınının nümunəsi də sərgidə nümayiş olunacaq. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib ki, son sınaqlar başa çatdıqdan sonra "Tufan"ın kütləvi istehsalına başlanılacaq.

"Tufan" zirehli maşınının nümunəsi hazırdır və son sınaqlar başa çatdıqdan sonra kütləvi istehsalına başlanılacaq….

Bunu Bakıda keçiriləcək "ADEX-2018" Müdafiə Sərgisinə həsr olunan mətbuat konfransında Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev deyib. Konfransda bildirilib ki, 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə sabahdan start verilir. Sərgidə 29 ölkəni təmsil edən 224 şirkət iştirak edəcək. Pavilyonlar həm qapalı məkanda, həm də açıq havada quraşdırılıb. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin pavilyonu da yerləşəcək. Bu pavilyonda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunacaq. Azərbaycan istehsalı olan "Tufan" zirehli maşınının nümunəsi də sərgidə nümayiş etdiriləcək.

Son sınaqlar başa çatdıqdan sonra isə "Tufan"ın kütləvi istehsalına başlanılacaq.

Sərgi 3 gün davam edəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 496          Tarix: 24-09-2018, 21:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma