Xəbər lenti

  

2019-cu ildə ABŞ dolları dəyərini itirəcək.

Ovqat.com xəbər verir ki, bu proqnozu ABŞ-ın dünyaca məşhur investisiya bankı “Goldman Sachs” verib.

Bank bu potensial tənəzzülü ABŞ iqtisadiyyatındakı böyümənin tədricən yavaşlaması ilə əsaslandırıb.

 Goldman analitikləri güclü daxili böyümə, FED-in davam edən faiz artımları kimi amillərin təsiri ilə dolların 2018-ci ilin sonuna doğru və ya 2019-cu ilin əvvəllərində bir qədər də yüksələ biləcəyini istisna etməsələr də, daha sonra ucuzlaşacağının qaçınılmaz olduğunu bildiriblər.

 Goldman analitikləri avronun taleyi barədə isə qəti fikir bildirmilər. Onların fikrincə, İrtalya ilə Aİ arasındakı büdcə anlaşmazılığın həll edilməsi və ya nəzarət altına alınması halında avronun dəyər qazanma potensialı var, amma İtaliya problemi həll edilənə qədər isə bu meyl aşağı olacaq.

İngiltərənin Aİ tərəfdaşları ilə keçid müqaviləsində status-kvonun qoruması halında funt-sterlinqin bahalaşma potensialın yüksək olduğunu düşünən analitiklər Çinin milli valyutası yuanın da gələn il dəyər qazanacağını proqnozlaşdırırlar.




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 19-11-2018, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma