Xəbər lenti

 

 

ABŞ-la Çin arasında ticarət savaşı barədə xəbərlərlə ilk rastlaşanda, yəqin ki, beyninizdə bu sual meydana gəlib: görəsən, bu davanın qalibi kim olacaq?

Ovqat.com xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) da eyni sualı araşdırıb və bank analitikləri ticarət savaşından zərərli çıxanın ABŞ olacağı qənaətinə gəliblər.

AMB analitikləri araşdırmalarında ABŞ-ın bütün idxal üçün 10 faiz gömrük tarifi tətbiq etməsi və digər ölkələrin də buna eyni üsulla cavab vermələri ehtimalını ələ alıblar. Bu ssenaridə Çinin digər ölkələrə quracağı ticarətdə ABŞ-dakı itkilərdən daha artığını qazana biləcəyi, ancaq azalan ticarət, istehlakçı və investor inamındakı zərərin məsuliyyət yükünün ABŞ-ın üzərinə düşəcəyi vurğulanıb.

ABŞ-ın Bloomberg informasiya agentliyi də eyni mövzusunu araşdırıb. Araşdırmaların nəticələrinə görə, indiyə qədər tətbiq edilən gömrük vergilərinin Çinin iqtisadi böyümə üzərində üzərindəki təsiri 0.5 xal olacaq, əlavə olaraq yeni vergilər tətbiq ediləcəyi təqdirsə isə bu təsir 1.5 xala qədər yüksələcək.

“Oxford Economics”ə görə isə, 2019-ci ildə əlavə vergilərin ABŞ iqtisadiyyatı üzərində təsiri daha idarəolunan vəziyyətdə (0.4 xal) ola bilər. Ancaq AMB analitikləri bu təsirin daha böyük olacağını qeyd edirlər. Onların fikrincə, “Oxford Economics” analitikləri araşdırmalarında quru rəqəmlərlə kifayətləniblər, müəssisə və istehlakçı etibarının azalmasını isə hesaba qatmayıblar.

AMB-ın analitiklərindən Allan Gloe Dizioli və Bjoern van Roye isə  hesabatlarında ticarət savaşının gələn il ABŞ-ın iqtisadi böyüməsi üzərindəki təsirinin 0.7-ə yaxın olacağını təxmin edirlər. Bundan başqa, ABŞ səhmləri də 16% ətrafında gerilə bilər.

 AMB-nin araşdırmalarının nəticələrinə dair bəyanatda deyilir: "Proqnozun nəticələri ABŞ-ın dəqiq ixrac mövqeyinin əhəmiyyətli dərəcədə pisləşəcəyinə işarə edir. Bu modelə görə, ABŞ şirkətləri daha az investisiya qoyacaqlar və daha az işçini işlə təmin edəcəklər”.

Hesabata görə, avro bölgəsinin də bu təzyiq dairəsindən kənarda qalması mümkün deyil: “Aİ ilə ABŞ arasında gərginliklərin olmaması üçün səy göstərilsə də, AMB sədri Draghinin son çıxışlarında gördüyümüz kimi, həm 2018, həm də 2019-ci il üçün ticarət müharibələrinə eyhan vurulub və "zəif qlobal ticarət" açıqlaması ilə böyümə gözləntiləri aşağı endirilib”.




Ana səhifəyə qayıt        Baxış: 751          Tarix: 26-09-2018, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma