Xəbər lenti
Bu gün, 17:10
Bu gün, 15:27
Bu gün, 14:30
Bu gün, 13:54
Bu gün, 13:00
Bu gün, 11:39
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Dünən, 09:54
Ötən əsrin onuncu ili yanvarın yeddisində Naxçıvan mahalının , Şahbuz rayonunun Külüs kəndində dünyaya göz açıb Sənəvər nənə. İndi 108 yaşlı bu dünya görmüş qadın özünü çox gümrah hiss edir.Əkin-biçinlə məşğul olur. Uzun ömür yaşamasının əsas sirrini də elə çalışmasında, bu yaşda belə, hər işə qatlaşmasında görür. Səhərlər yuxudan erkən oyanar, kəndin təmiz havasını ciyərlərinə çəkər, saf sudan içər, mal-heyvana göz yetirər, bir sözlə, torpaqla ünsiyyətdə olar. Dili dualı Sənəvər nənə oruc-namazından da qalmaz, verdiyi nemətlərə və can sağlığına görə həmişə Allaha duaçı olar. Sovet dönəmindən söhbət düşəndə Sənavər nənənin üz-gözünü qəm-qüssə bürüyər, baxəşlarında elə bil ağır daş asılar. Atası Abbas kişi sovet hökuməti ilə barışmadığı üçün həbs edilib sürgünə göndərilir. Ailə başsız, quru çörək üzünə həsrət qalırlar. İki ildən sonra sürgündən qayıdan atası ailəsini başına yığıb yenidən təsərrüfat işləri ilə məşğul olur.Ailə qurandan sonra Şıxmahmud kəndində yaşayan Sənavər nənə o günləri belə xatırlayır:”Ağır şəraitdə yaşayırdıq. Bütün günü üzüm bağlarında çalışsaq da doyunca çörək üzünə tamarzı idik. O dövrdə çox işləyib, az qazanırdıq. Ulu tanrıya min şükür, o günlər çoxdan arxada qalıb.”
İki övladı, 30-dan çox nəvə-nəticəsi var. Qğlu Məhərrəm Bayramov və kənddəki orta məktəbdə müəllim işləyən gəlini Nazilə xanımdan çox razıdır. Nəvəsi , hazırda Bakı şəhərində yaşayan , Naxçıvanda “Kitab Həsən” ləqəbi ilə tanınan ( Vaxti ilə Naxçıvan Muxtar Respublika Kitab Kollektorunun müdiri olduğu üçün), hazırda təqaüddə olan Həsən Əliyev Sənavər nənə ilə bağlı düşüncələrini bizimlə bölüşür.
Hazırda Naxçıvan Muxtar Respublikası , Babək rayonunun Şəxmahmud-Xəlilli kəndində yaşayan Sənəvər nənənin ən böyük istəyi xalqımızı həmişə belə müstəqil, abad, görməkdir. Müstəqil dövlətimizin uzunömürlülərindən biri olan Sənəvər nənəyə biz də cansağlığı arzulayırıq.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər