Xəbər lenti

 

Trampın Suriyadan çəkilmək qərarının Pentaqon tərəfindən xoş qarşılanmadığı bəllidir. Hər kəs bu ziddiyyətin bir sıra hərbi təxribatlarla nəticələnə biləcəyini düşünərkən, ABŞ hərbi qüvvələrinin gedərayaq Suriyada həyata keçirdikləri bəzi əməliyyatlar da məlum ehtimalları doğrultdu.

Ovqat.com Suriya mətbu orqanlarına istinadən xəbər verir ki, ötən axşam ABŞ silahlı qüvvələri Suriyanın cənubunda Əsəd rejimi və İrana bağlı könüllülərə qurudan artilleriya zərbəsi endiriblər.

 Yerli mənbələrdən əldə edilən məlumatlara görə, Suriyanın cənubundakı əl-Tanf hərbi bazasındakı ABŞ əsgərləri eyni bölgəki Əsəd rejimi və İran mövqelərini ağır top atəşinə tutublar.  Hücum nəticəsində can və mal itkisi ilə bağlı heç bir məlumat verilmir.

Rusiya və İran hərbi birləşmələrinin bir neçə gün əvvəl əl-Zerka bölgəsinə göndərildiyi bildirilir. Məqsəd ABŞ-ın çəkiləcəyi sırada yaranacağı gözlənilən nəzarət boşluğunu doldurmaq idi. Hərbi birləşmələrin bölgəyə göndərilməsinin Trampın “evə qayıdırıq” mesajından bir neçə saat sonra həyata keçirilməsi də bunu təsdiqləyir.




Ana səhifəyə qayıt        Baxış: 521          Tarix: 25-12-2018, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma