Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
"Əli İnsanov bir şəxsiyyət kimi diqqətimi həddindən artıq cəlb edir. Baxmayaraq o, YAP-ın əsas qurucularından, partiyanın ən radikal müdafiəçilərindən biri idi, həbs olunandan sonra göstərdiyi prinsipiallıq, iqtidara qarşı apardığı mübarizə göstərdi ki, bu adam bəlkə də YAP-a təsadüfən düşüb”.
Bunu Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu "Yeni Sabah”a Əli İnsanovun azadlıqdan sonra verdiyi açıqlamaya münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, bəzən insanlar ya düşünülmüş, ya da düşdüyü situasiyadan asılı olaraq yanlış edir:
"YAP-ın xalqa zidd siyasəti Əli İnsanovun mənəviyyatına uyğun gəlmir. Onun həmin dövrdə YAP-ın apardığı siyasətlə bağlı əxlaqi yox, əqli yanılmaları olub. Bəziləri 5 manat qazanmaqdan ötrü yalana düz, düzə yalan deyirsə, Əli İnsanov görünür, həbs olunana qədər keçdiyi yolu həqiqətən də doğru hesab edib. Lakin ən vacibi bu adam həbsxanada iradə nümayiş etdirdi. Həbsxana həyatı xüsusən günahsız adam üçün olduqca çətin olmaqla yanaşı, həm də təhqiramizdir. Səni dəfələrlə cinayət etmiş adamlarla bir sıraya qoyurlar, eyni münasibət göstərirlər. Mən də həbsxanada olmuş biri kimi bu hissləri gözəl bilirəm.
Həbsxanadan azad olmaq üçün çox adam əyri yola baş vurur. Amma biz gördük ki, İnsanov həbsxanada olduğu müddətdə bir dəfə də olsun əyilmədi, sınmadı, özünü hər hansı məsələdə günahkar hesab etmədi, azad olan dəqiqəyə qədər mövqeyindən dönmədi. Ona görə də çıxan kimi bu cür çıxış edəcəyi gözlənilən idi.
Bilirsiniz, o vaxt Əli İnsanovu siyasi mövqeyinə görə həbs etdilər. Bəziləri deyir ki, İnsanov da korrupsionerdir, səhiyyə sistemini məhv edib və.s. Amma indiki səhiyyəmizlə o vaxtkı səhiyyəni müqayisə etmək olmaz. Həmin dövrdə resursların az, imkanların məhdud olmasına baxmayaraq, o vaxtkı səhiyyənin durumu indikindən çox yaxşı idi. Təbii ki, rejimin bir elementi kimi Əli İnsanov da korrupsiya mexanizmindən kənarda dura bilməzdi”.
S.Cəlaloğlu qeyd edib ki, İnsanovun siyasi mübarizəsinə müxalifət də dəstək olmalıdır:
"Düzdür, o da korrupsioner olub, vəzifəsinə görə çoxlu pul qazanıb. Lakin insanların günahlarının yuyulma məsələsi var. Bir insan günahına ekvivalent əməl edərsə, həmin əməl günahı yuyur və adam artıq süddən çıxmış qaşıq kimidir. Hesab edirəm ki, İnsanovun uzun müddət sınmadan, münasibətini dəyişdirmədən həbsxanada qalması, bu gün də rejimin dəyişdirilməsi ilə bağlı siyasi mübarizə aparacağını deməsinə səmimi şəkildə inanmaq lazımdır. O artıq günahının cəzasını çəkib və bundan sonra YAP-ın apardığı siyasətdə iştirak etməyəcəksə, xalqa qarşı hər hansı yanlış addım atmayacaqsa, Əli İnsanovla bizim heç bir fərqimiz yoxdur. Əgər aktiv şəkildə siyasi mübarizə aparacaqsa, onunla əməkdaşlıq etməliyik. Əli İnsanov bilirsiniz, adi bir adam deyil. Yəni qərbi azərbaycanlıların bu gün ortalıqda olan ən ciddi simalarından biridir. Onlar da ağsaqqallıq institutuna həddindən artıq meyllidirlər. Düşünürəm ki, qərbi azərbaycanlılar indiki halda Əli İnsanovun ərtafında birləşəcəklər. Qeyri-siyasi elektoratı deyirəm.
Digər tərəfdən onun beynəlxalq imic baxımından müsbət tərəfləri var. Artıq Azərbaycanda xalq əvvəlki illərdən fərqli olaraq siyasiləşir. İnsanov da bu prosesin başlandığı dövrdə çıxıb və qatılacağı təqdirdə ciddi qatqıları da ola bilər. Əli İnsanov öz partiyasını yaradacaqsa, bu başqa məsələ, əməkdaşlıq etməyə borcluyuq. Hökumət istəmir ki, ondan ayrılan insanlar Azərbaycan müxalifətinə qoşulsun. Ziya Məmmədov, Eldar Mahmudov iqtidardan ayrıldı, amma fikir verirsiniz, müxalifətdən kənar durdular. Bu onu göstərir ki, onlar doğurdan da korrupsioner, xalqa yad ünsürlər idi.
Amma iqtidar İnsanovu cəzalandıranda o, faktiki siyasi mövqe ortalığa qoydu. Bu baxımdan müxalifət bu adamı qəbul etməlidir. O da bizim kimi tam günahsız insandır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar