Xəbər lenti

 

Əlizadə Nəhmədağaoğlu

İstəsək də,  istəməsək də, Ramil Səfərov xalqımızın qan yaddaşında yaşayır, hər gün, hər zaman yada salınmalı, bayraq mövzusu kimi gündəmdə olmalıdır. Çünki məhz Azərbaycan bayrağını təhqir etdiyinə görə onun erməni zabitini öldürdüyü hər zaman səslənir. Bunun belə olmadığını deyənlərdə var. Amma əksəriyyət olayın bayraqla bağlı motivini qəbul edir və Ramili buna görə qəhraman hesab olunur.  

Bəs başqaları bayraq üçün nə edib? Həmin dövrdə, elə ondan bu yana lap elə bu gün digərləri nə edib bayraq üçün?                 

Siz nə etmisiniz bayraq üçün bu illərdə ki, həmin dövrü “bayrağımıza böyük xəyanət illəri” də adlana bilər. Bu illərdə hamı bilir ki, bəzi yüksək cinli məmurlar Azərbacan bayrağı altında çox sayda şirkətlər, villalar, müxtəlif mülk və sərvətlər sahibi olub. Bayrağa sevgi budurmu?

Ramilin bayrağımıza görə insan öldürdüyünü deyirsiniz , amma bu bayrağın altında illərdir rüşvət alanları,  ölkəni talayanları, xalq pullarını kefinə səpələyənləri demirsiniz...

Onlar bayrağın altında işçilərinə paketdə pul paylayırlar; rüşvətin toplanmasında iştirak etdikləri üçün. Adını da qoyurla “paket maaşı”-sanki paketlərdə pul qaynayır.

Bayrağın altında hakimlərimiz evlər yıxan qərarlar verib, qanunu, andı, bayrağı satmadılarmı?      Bayraq kimi dövlət atributları ilə bəzənmiş paltar geyən bəzi polistlər nə qədər adamı şərlədi bu illərdə?      O müəllimlər ki, bizim uşaqlara bayrağımızın dəyərini, mənasını öyrədirlər, bəs onlar nə etdilər? O müəllimlər ki, məktəbin məhvinə layla oxudular, təhsili bayram günlərində hədiyyə, qiymət günlərində pul yığmaq işinə çevirdilər, onlar bayrağa sadıq qaldılarmı?

 Azərbaycan bayrağını masasının üstünə qoyan, dünyasının dəyişənlərin pensiyasını qeyri-leqal yollarla ələ kecirən, orduda xidmətdən yayınan, arxasındakı ölkə başcısının portretinə ironik ifadələr işlədən məmurun dövlətə, xalqa sayqısı necə olar?

Məddah alimlər, yazıçılar, jurnalistlər, siyasi hava ilə rəqs edən müğənnilər, rəhbərə baş əyən kəndlilər və şəhərlilər bayrağa xəyanət siyasətinə alət olduqlarını yəqin gözəl anlayırlar...

O bayraq nəyi ifadə edir? Azadlığımızı, ləyaqətimizi, hüququmuzu, ədalətimizi...Hanı bunlar?

 O bayraq hər azərbaycanlının azadlığını və qürurunu ifadə edir. Bəs niyə oğrular doğruları əzir bu olkədə? 

Hanı bayraq? Niyə yoxdur hər ürəkdə? Niyə o bayraq birinə ağalıq gətirir, digərinə zülmlər qurtarmır?

Bu ölkədə hər nazir bir pul qalasıdır, istədikləri adamı həbs etdirə bilir, azərbaycanlılar isə fars rejiminin xəstəliyinə əlac axtarır...

Hər məmur bir sərvət yuvasıdır bizim ölkədə, azərbaycanlılar isə Qarabağı erməniyə verən rusun bazarına sığınıb...

Bunlar cox deyil, bir ovucdur. Dar düşüncə sahiblərinin leksionunda vətən, xalq, dövlət anlayışı olmur....

Fəlsəfi şairimiz B. Vahıbzadənin təbirincə desək:

“Ücrəngli bayrağın kölgəsində mən.

Qaraca torpağı vətən görmüşəm,

Zəfər güllərini gövrü –qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdi, bayraq kimliyim

Bayraq öz yurduma öz hakimliyim...




Ana səhifəyə qayıt        Baxış: 2 069          Tarix: 5-08-2019, 23:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma