İyulun 24-də radardan itən Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışları, hələlik, nəticə verməyib.
«Turan» Agentliyinin xəbərinə görə, təyyarənin pilotu Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli deyib ki, axtarışların, hələlik, nəticə verməməsinin başlıca səbəbi əlverişsiz hava şəraitidir: «Havanın pis keçməsinə görə axtarışlar iki gün dayanmışdı. Dünən, avqustun 7-də bərpa olan kimi, hava yenə imkan vermədi və bu gün, avqustun 8-də axtarışlar yenə dayandı. Dəniz çox dalğalıdır, həm də yağış yağır».
Q.Hüseynlinin sözlərinə görə, təyyarənin axtarışına çox sayda texnika və mütəxəssislər cəlb olunub: «Türkiyəli mütəxəssislər dənizin dibində fotoçəkiliş aparırdı ki, təyyarənin izinə rast gəlinsin…»
Q.Hüseynli əlavə edib ki, təyyarənin və onun pilotunun axtarışlarının uğurlu nəticə verəcəyinə ümid bəsləyir.
Paylaş: