Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu Diyarbakır, Van və Mardindən olan həmkarlarının vəzifədən uzaqlaşdırılmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, bələdiyyə sədri bu barədə Tvitter hesabında yazıb.
İmamoğlu məsələ ilə əlaqədar bunları qeyd edib:
“Seçkilərdə xalqın səsi ilə seçilmiş Diyarbakır, Van və Mardin şəhərlərinin bələdiyyə başçılarının vəzifələrindən uzaqlaşdırılması demokratiya ilə izah edilə bilməz. Bu, millətin iradəsini inkar etməkdir, qəbuledilməzdir”.
Diyarbakır, Van və Mardinin Xalqların Demokrat Partiyasından (HDP) olan bələdiyyə sədrləri Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) terrorizmlə mübarizə əməliyyatları çərçivəsində postlarından uzaqlaşdırılıb.
HDP Türkiyədə PKK terror təşkilatının siyasi qanadı kimi tanınır.
Paylaş: