Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist bu gün oğlu və qardaşı oğlu həbs olunan "Relax" istirahət mərkəzinin sahibi deputat İqbal Məmmədovun Türkiyədə qardaşı oğlunun adına rəsmiləşdirlmiş daha bir şirkətini aşkar edib. Cavanşir bəyin statusunu təqdim edirik:
Deputat İqbal Məmmədovun Türkiyədə də şirkəti var. Hüquqi ünvanı Ankara Çankaya Mustafa Kemal Mah. 2139 Cad. 2/1 olan ENENPI ENERJI INSAAT ITHALAT VE IHRACAT SANAYI VE TICARET ANONIM ŞIRKETI deputatın "Lebro" broyler şirkətinin rəsmi təmsilçisi olan, "Relax"dakı son hadisə ilə bağlı həbs olunan qardaşı oğlu Orxan Nərimanlının adına rəsmiləşdirilib.
2016-cı ilin martında təsis edilən şirkət Ankara Ticaret Odasında qeydiyyatdan keçirilib və günəş enerjisi sistemleri sektorunda fəaliyyət göstərir. Yəni Almaniyadan günəş panelləri alıb quraşdırır və enerjinin satışını həyata keçirir. Deputatın bu şirkətdəki şəriki Hüseyin Serin adlı türk işadamıdır. Şirkətin İzmirdə Bornova Kazım Dirik Mah. Sanayi Cad. No:33/110 ünvanında da ofisi var.
Qarşı tərəfin fikirlrini dinləməyə hazırıq!
Teref.az
Paylaş: