Xəbər lenti

 

Çeçenistan rəhbəri Ramzan Kadırov vəsiyyət edib.

“RİA Novosti” xəbər verir ki, R.Kadırov Şali şəhərində məscid açılışında çıxış edərkən maraqlı fikirlər səsləndirib.

Çeçenistan rəhbəri əvvəlcə onun adı ilə adlandırılmaq istənilən ibadət ocağının Məhəmməd Peyğəmbərin adına olacağını elan edib. Ardınca isə açılışa toplaşanlardan xahiş edib ki, bu kimi hallara yol verməsinlər.

Kadırov tərəfdarlarından xahiş edib ki, o öldükdən sonra adını daşıyacaq kiçik bir məscid inşa etsinlər.

“Biz nə qədər ki sağıq, xalq üçün xəstəxanalar, məscidlər, məktəblər inşa edəcəyik, onların xidmətində olacağıq. Bu gün Şalidə açılan Avropanın ən böyük məscidi Məhəmməd Peyğəmbərin adını daşıyacaq. Mənim üçün isə öldükdən sonra kiçik bir məscid inşa edərsiniz. Bu, ruhumu şad edər”, – deyə Çeçenistan rəhbəri bildirib. (Oxu.az)




Ana səhifəyə qayıt        Baxış: 561          Tarix: 23-08-2019, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma