Xəbər lenti
27-05-2020, 22:24

 

Həbsdə olan jurnalist Əfqan Muxtarlının aclıq aksiyasına başladığı bildirilir. Bu barədə onun adından yayılan bəyanatda qeyd olunub.

“Qafqazinfo” məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Mehman Sadıqov bildirib ki, noyabrın 22-dək Ə.Muxtarlının adından cəzaçəkmə müəssisəsi və PX-nın rəhbərliyinə aclıq aksiyası keçirməsi ilə bağlı müraciət daxil olmayıb: “Bu gün isə iş günün ilk saatları olduğundan hələ ki, bizdə bu barədə məlumat yoxdur. Əfqan Muxtarlının səhhəti normaldır, hər hansı bir narahatlıq yoxdur”.Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir. Balakən rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.




Ana səhifəyə qayıt        Baxış: 102          Tarix: 23-09-2019, 12:13      


Paylaş: