Xəbər lenti

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev partiya üzvlərinə müraciət edib.

Aydın Əliyev müraciətində Əli Kərimlini istefaya çağırıb.

NTK sədri müraciətində bəyan edib ki, yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb:

“2015-ci ilə AXCP-nin qurultayında partiyanın Nəzarət Təftiş Komitəsinin üzvü, daha sonra sədri seçilmişəm. Sonradan bilmişəm ki, mənim kimi obyektiv, düz danışan, prinsipial adamın bu vəzifəyə seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. Partiyadaxili maliyyə, xaricdən gələn qrant və.s pul məsələlərini ancaq öz nəzarətində saxlayan, özünün, ailəsinin, xaricdə yaşayan oğlunun ərəb şeyxlərinin övladı kimi yaşamasına sərf edən Əli Kərimlini mənim kimi əqidəli, düzgün adam qaneə etməyib”.

Aydən Əliyev bildirib ki, Əli Kərimli partiyada çox sərt diktatura rejimi qurub: “30 illik siyasi fəaliyyətdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb. O bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə aparıldığını desə də, əslində partiyada çox sərt diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkləyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb.

Əli Kərimli siyasi dələduz olaraq bizi və xalqımızı illərdir aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin əməllərinə qurban vermək istəyir. Cəbhəçilərin çoxu Əli Kərimlinin antidemokratik, qanunsuz, partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdardır. Lakin bunu dilə gətirməkdən çəkinirlər”.

A.Əliyev qeyd edib ki, Əli Kərimli və onun əlaltıları partiyada hamını öz çirkin oyunlarının qurbanına çevirib: “Məni ləkələyib, siyasi mübarizədən uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Ancaq mən istefa verməyəcəm. Partiyamızda olan yüzlərlə əqidəli, xalqını sevən cəbhədaşlarımla birlikdə Əli Kərimlinin partiyamızda yaratdığı diktatura rejiminə, çirkin oyunlarına qarşı mübarizə aparacağıq. Bütün xəyanətkar əməllərini ifşa edəcəyik. Çalışacağıq ki, partiyamızın bütün üzvləri, xalqımız Əli Kərimlinin iç üzünü tanısınlar. Onun əslində xalqımıza qarşı hansı xəyanətlərə yol verməsindən xəbərdar olsunlar”.

NTK sədri Əli Kərimlidən illər ərzində apardığı çirkin və xəyanətkar oyunlara son qoymağa çağırıb: “Yetər. Partiyada yaratdığın diktaturaya son qoy. Əgər cəsarətin və mənliyin çatırsa, istefa ver. Qoy partiyanın üzvləri özlərinə gənc, savadlı, xalqını sevən, bacarıqlı rəhbər seçsinlər. Partiyamızı çirkin oyunlara təhrik etməkdən, Azərbaycanı fəlakətə aparan əməllərindən əl çək”.

Partiya üzvlərinə müraciət edən A.Əliyev ona qarşı böhtan kampaniyasına başlanılacağının anonsunu verib: “Bilirəm ki, bu müraciətimdən sonra Əli Kərimlinin göstərişi ilə onun əlaltıları mənə qarşı böhtan, şər kampaniyasına başlayacaqlar. Ancaq bütün bunlara əhəmiyyət verməyərək qabaqcadan həmin şəxslərə səslənirəm ki, mənim barəmdə danışarkən haqq və ədalət hissini unutmasınlar. Bir gün onlar da Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər”. \\Avropa.info




Ana səhifəyə qayıt        Baxış: 714          Tarix: 30-09-2019, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma